Ermənistan Rusiyadan neft, qaz və almazı rüsumsuz alacaq


 Ermənistan Rusiyadan  neft, qaz və almazı  rüsumsuz alacaq
Rusiya prezidenti V. Putin Ermənistanla təbii qaz, neft məhsulları və işlənməmiş təbii almaz satışı sferasında əməkdaşlıq çərçivəsində hökümətlərarası sazişin təsdiqi haqqında qanun imzalayıb.

2 dekabr 2013-cü ildə Yerevanda imzalanmış bu sazişdə Ermənistan Avroasiyaya inteqrasiya məkanına daxil olana qədər Rusiyadan bu ölkəyə göndərilən malların rüsumsuz daşınmasını nəzərdə tutuludu.

Anlaşmaya görə Rusiya tərəfi neft məhsulları, təbii qaz və almazın Ermənistana satışından gömrük almayacaq. Lakin bununla yanaşı, Rusiyadan Ermənistana ixrac olunan bu malları 3-cü ölkəyə satılmasına qadağandır.

Sazişə əsasən səlahiyyətli orqanlar Ermınistanın daxili tələbatını nəzərə alaraq gələn təqvim ili üçün bu malların ölçüsünü hesablayacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir