Erməni qubernatorun məclisində qan töküldü: ölən var


Erməni qubernatorun məclisində qan töküldü: ölən var
Ermənistanın Syunik vilayətinin qubernatoru Suren Xaçaturyanın bağ evindəki məclisində qan töküldü. Atışma nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralı halqa xəstəxanaya qaldırılıb. Bu haqda erməni mediası məlumat verib.

Yemək məclisində başlanan mübahisə “Beretta”silahı ilə həll edilib. Nəticədə Qorus merliyinə namizəd Avetik Budaqyan ölüb,onun qardaşı –hərbi hissələrdən birinin komandiri olan Artak Budaqyan isə yaralı halda xəstəxanaya çatdırılıb. Qubernatorun mühafizəcisi və qohumu Nikolay Abramyan da güllə yarası ilə xəstəxanaya aparılıb. Qubernator özü xəsarət almayıb.

Hadisə ilə bağlı Ermənistan CM –nin 235-ci maddəsi ilə cinayət işi qaldırılıb.

Şahidlərin söylədiyinə görə Qorusun Aqdi gölü yaxınlığındakı bağ evində qubernator ilə tanınmamış Daglıq Qarabağ respublikasının prezidenti Bako Saakyanın da iştirak etdiyi yığıncaq olub. Bu iki hadisə arasında əlaqə olub-olmadığı isə hələlik məlum deyil.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir