Ermənistan prezidentliyinə namizədə sui-qəsd edildi


Ermənistan  prezidentliyinə namizədə  sui-qəsd edildi
Yerevanın mərkəzində Ermənistan prezidentlyinə namizəd, keçmiş dissident Paruyr Harikyana sui-qəsd edilib. Siyasətçiyə evinin yaxınlığında atəş açıblar.

Sui-qəsd nəticəsində ağır yaralanan Hayrikyan Aziz Gregori Lusavoriç xəstəxanasına çatdırılıb.
Hadisə dünən gecə saat 23:45 radələrində baş verib. Həkimlərin sözlərinə görə prezidentliyə namizəd odlu silahdan açılan atəş nəticəsində sağ çiynindən iki ağır yara alıb.

Ermənistanda sayca 6-cı olan prezident seçkiləri 18 fevrala təyin edilib. Ictimai rəy sorğusunun nəticələrinə förə seçicilərin 4 faizi Paruyr Hayrikyana səs verməyə hazırdırlar. O Ermənistanın sabiq baş naziri Qrant Baqratyanla 3-cü yeri bölüşür.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir