Ermənistan Suriyadaki soydaşlarına yiyə durmur


Ermənistan  Suriyadaki soydaşlarına yiyə durmur
Ölkədaxili münaqişənin Suriyada həyatı iflic etdiyi vaxtda burada yaşayan ermənilər ölkəni tərk etmək istəsələr də, əllərində səyahət sənədi olmadığına görə ölkədən çıxa bilmirlər.

Yenises.ru-nun hurriyet.com-a sitinadən verdiyi xəbərə görə Suriyadakı “Ayazn” Erməniləri Birliyi bu haqda açıqama verib. Onlar ermənilərin Suriyadan çıxması üçün Ermənistan hökümətinə müraciət edərək yardim istəyiblər.

“Suriyada gərginlik artarsa Ermənistanın yardım edəcəyinə söz verdiyini xatırladan Erməni Birliyi “İndi bu yardımım edilməsinin tam zamanıdır”-deyə bildirib.

“Suriyada, eləcə də Hələbdə minlərlə erməni çıxılmaz vəziyyətdə qalıb. Suriya dövlət idarələri coxdan işləmədiyinə görə minlərlə adamın ölkəni tərk etməsi üçün əllərində gərəkli sənədləri yoxdur. Bu dəhşətli vəziyyəti nəzərə alaraq Ermənistana buradakı soydaşlarımıza Ermənistan Respublikaslnın pasportunu verməyə çağırırırq ”-deyə Ermənistana səsləniblər.

Erməni diasporunun bildidiyinə görə Suriyada yaşayan 85 min ermənidən 60 minə qədəri Hələb şəhəri və onun ətrafında yaşayır. Yardım vədini yerinə yetirməyən Ermənistan höküməti Suriyalı ermənilərə pasport verilməsi caşırışına da biganə qalıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir