Estoniya Rusiyanın iki diplomatını geri göndərir


Estoniya Rusiyanın iki diplomatını geri göndərirRusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqayev mayın sonuna kimi Estoniyanı tərk etməlidirlər. Bu haqda cümə günü Rusiyanın Estoniyadakı səfiri Aleksandr Petrov məlumat verib.

“Estoniya XİN-yi bzə bildirib ki, Rusiyanın Narvadkı baş konsulu və onun müavini “”persona non-qrata”” elan edilib və mayın sonuna kimi ölkəni tərk etməlidirlər. Bunun motivini aydınlaşdırmaq diplomatik təcrübədə qəbuledilməzdir. Ona görə də bizə təəssüf etmək qalır və bu addım açıqcasına dost aktı olmamaqla ikitərəfli münasibətlərə də neqativ təsir edəcək “”,- deyə Petrov yerli TVN kanalının efirindən bu fikri səsləndirib.

Səfir onu da qeyd edib ki, hər iki diplomat RF XİN-nin əməkdaşlarıdırlar və “”Narvada işlədikləri müddətdə ikitərəfli münasibətlərin yaxşılaşması üçün az iş görməyiblər””.

Bundan əvvəl Estoniya XİN-dən RİA Novostiyə xəbər verilib ki, ölkə höküməti Dmitri Kazennov və Sergey Surqayevin ölkəni tərk etmıəsi barədə göstərş verib. Bu qərarın səbəbi açıqlanmır. Rusiya xarici işlər nazirliyi diplomatların geri göndərilməsini dostcasına olmayan və səbəbsiz akt kimi dəyərləndirib, bunun cavabsız qalmayacağını da vurğulayıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir