Fələstin BMT-də müşahidəçi dövlət statusu aldı


Fələstin BMT-də müşahidəçi dövlət statusu aldı
İsrail məğlub durumda, ABŞ şokda

29-dan 30-na keçən gecə Fələstin Müxtariyyətinin BMT tərəfindən BMT üzvü olmayan müşahidəçi dövlət statusu tanınıb. Xəbəri birbaşa transliyasiya verən “El-Cəzirə” kanalı yayıb.

Fələstinin statusunun yüksəldilməsi BMT Baş Assambleyası tərəfindən qəbul edilib. Rusiya, Fransa, Çin, Türkiyə də daxil olmaqla 138 dövlət lehinə, ABŞ, İsrail və Kanada da daxil olmaqla 9 dövlət isə bu qərarın əleyhinə səs verib. Böyük Britaniya və Almaniya olmaqla qalan 41 dövlət bitərəf qalıblar.

BMT-nin müşahidəçi dövləti statusu Fələstinə beynəlxalq təşkilatlara birbaşa müraciət etmək imkanı verir. Onlar İsrailə qarşı Haqqa Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edə bilərlər.

Bundan başqa Fələstin torpaqları başqası tərəfindən ilhaq edilmiş müstəqil dövlət statusu alacaq. Bu status Fələstinin sərhədlərini təyin edəcək. Həmin sərhədlər isə 1967-ci ildə baş verən müharibədən əvvəlki kimi Şərqi Yerusəlim və yəhidilərin məskunlaşmadığını Qərb sərhdlərindən hesablanacaq. Lakin İsrail Qərb sahillərinin Fələstin torpaqları olmadığını bildirir, bu ərazi mübahisəli olaraq qalır. Fələstinin bu statusu alması israilliləri pis vəziyyətə salıb.

İsrail və ABŞ Fələstinin müstəqil dövlət statusu almasına qarşı idilər.

Ayla Azeri
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir