“Fənərbaxça” – “Spartak” derbisi heç heçə ilə başa çatdi


“Fənərbaxça” – “Spartak” derbisi heç heçə ilə başa çatdiFutbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vuruldu. Dünən keçirilən oyunların nəticələrinə görə “BATE”, “Dinamo-Zaqreb”, “Braqa”, “Malaqa” və “Anderlext” qrup mərhələsinə vəsiqə qazanıblar.
Bu gün kecirilən görüşlər arasına Azərbaycan futbolsevərlərinə maraqlı olanı “Fənərbaxça” – “Spartak” oyunu oldu. Moskvada keçirilən ilk oyunda 2:1 hesabıyla məğlub olan “Fənərbaxça” doğma azərkeşləri qarşısında “Spartak” la sülh bağlayaraq qrup mərhələsinə vəsiqəni qazana bilmədi.

Oyunda erkən qol 6-ci dəqiqədə “Spartak”ın futbolçusu Ari tərəfindən vuruldu. Birinci hissədə bərabər səviyyədə oyun keçsə də nəticə dəyişmədi.

Ikinci hissəyə “Fənərbaxça” fəal başlayan tərəf oldu. Aleksin meydana daxil olmasından sonra “Fənərbaxça” daha da güclü oyun göstərməyə başladı və 65-ci dəqiqədə Sov hesabı bərabərləşdirdi. Oyun boyu bir neçə təhlükəli anlar yaratmasına baxmayaraq “Fənərbaxça” qələbə qazana bilmədi. İki oyunun nəticəsinə görə “Spartak” Çempionlar Liqasının qrup mərhələsində, “Fənərbaxça” isə Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirəcək.
Pley-off mərhələsinin digər xoşbəxtləri “Dinamo Kiev”, “ÇFR-Kluj”, “Seltik” və “Lill” komandaları oldu.

Xatirladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşk atma mərasimi bu gün Monako şəhərində keçiriləcək.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir