Fədayə Laçının ifasında “Ata” mahnısı və klipi gəlir- Eksklüziv


Tanınmış  müğənni Fəadyə Laçının ifa etdiyi yeni mahnı və ona  çəkilmiş klipin sabah  geniş dinləyici auditoriyasına təqdim ediləcəyi gözlənilir.

Müğənni  mahnısı ilə susar. Sükutu belə ifası ilə dilləndirər. Bir müddətdir efirlərdən uzaq olan və Moskvada yaşayan müğnni Fədayə Laçın məhz bu susmayan sükutu  “Ata”  deyərək pozub.

Qeyd edək ki, sözləri və musiqisi Murat Zeynalabdinə  aid olan  “Ata” mahnısını  Anar Farizoğlu  aranjiman edib. Mahnıya çəkilən  klpin operatorluğunu isə  Nizami Ruslan üstələnib. Klipin tam məsuliyyətii isə rejissor Müşfiq Balayevin üzərinə düşüb.

Qəlbin terapisi olan musiqi  ona sözün əsl mənasında məlhəm də olub, mərhəm də. Ən xoş məqamlarda   hissləri coşduran, ən çətin anlarında kövrək duyğuları dilləndirən də, dindirən də  musiqidir.

Ümidvarıq ki, övladlardan ataya musiqili hədiyyə olacaq “Ata” mahnısı   tamaşaçı və dinləyici rəğbəti ilə qarşılanacaq.  

Tünzalə, Moskva
30.05.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir