Faciələrin yası və yaşı


Faciələrin yası və yaşı
Qara tariximizin acı səhifəsi, eyni zamanda şərəf salnaməsi olan bu anımlar-illərin ayların, günlərin, hətta saatların rəqəmlərində dil açan, ürəkdağlayan hekayələrində birləşən faciələrimiz!

Bir-birindən ağrılı, illər böyüdən, gəncləşdirən və qarşısında üzüqara olduğumuz, eyni rəngli təyinlə xatırladığımız QARA tarixlər!
Yasını və yaşını tutduğumuz QARAlar.

20 Noyabr 1991-ci ildə müstəqilliyimizə qarşı tuşlanan silahların ucunda güllələrə düzülənlər bu faciə zəncirin növbəsi həlqəsinin 26-cı ili… Ömürdən kəsilən 26 bahar, yay, payız, qış…

Baxıram dünyanın bu gərdişinə, dəli bir ağlamaq keçir könlümdən…

Və bir də bu gün qəlbimdən bu nida qopur…

Qoy kül olum yana-yana…
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!

Qarakənd səması yenə qaranlıqdır. O faciənin qaranlıq üzü kimi.

Həmin gün “Mi-8″” hərbi helikopterində həlak olanları Sadəcə xatırlayaq!!!

– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri
– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru
– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi
– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
– Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant
– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
– Alı Mustafa oğlu Mustafayev – telejurnalist
– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü

Allah rəhmət eləsin!

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir