Fars körfəzi ölkələri Suriya müxailfəti koalisiyasının legitimliyini tanıdı


Fars körfəzi ölkələri Suriya  müxailfəti koalisiyasının legitimliyini tanıdı
Fars körfəzi əməkdaşlığı şurasına daxil olan dövlətlər Bəşər Əsədə qarşı komitədə birləşən Suriya milli koalisiyasını ölkənin qanuni höküməti kimi tanıdığını elan edib. Bu haqda Şuranın baş katibi Abdullatif al-Zayani bildirib.

Siyasətçinin sözlərinə görə Səudiyyə Ərəbistanı və onun müttəfiqləri bütün ərəb ölkələrində müxaliflərin tanınmasına nail olmağa çalışmalıdırlar. Hazırda bu qərarla İraq və Əlcəzayir razılaşmır. Al Zayani Suriya birləşmiş müxalifət koalisiyasının yaranmasının hakimiyyətin sülh yolu ilə üsyançılara verilməsinə yaşıl işıq yandıracağına əmin olduğunu dilə gətirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir