Fatih Terim: Qan gövdəni götürüb, necə futboldan danışım?


Fatih Terim: Qan gövdəni götürüb, necə futboldan danışım?
“Qalatasaray” klubunun rəhbəri Fatih Terim, “Kasımpaşa”nı 2:1 məğlub etdikləri oyundan sonra verdiyi açıqlamada bu gecə futboldan danışmayacağam- deyib. Gaziantepdəki terror xəbərini eşidib çox üzüldüyünü soyləyən baş məşqçi “Türk insanının nə adətində, nə nənə-babasında belə bir şey yoxdur. Bu qədər ana-ata övladına yazıqdır”-söyləyib.

Toplantıda iştirak edə bilməyəcəyini söyləyən Fatih Terim “Suallarınıza cavab vermək üçün yanınıza gəldim. Amma Gaziantepdəki hadisəni öyrəndim, içimdən futboldan danışmaq keçmir”-deyə bildirib.

Baş verənlərdən sarsıldığını dilə gətirən məşhur baş məşqçi:- “Yazıqlar olsun. Bu ölkəyə nə olur? İndi 3 xal aldık deyə oynayaqmı? Millətin evinə atəş düşmüş. Bəylər, haraya gedirik? Belə bir gecədə “Qazandığımız üçün, 3 xal aldığımız üçün sevinçliyəm deməyə utanıram” -deyib.

“Onlar da ata-ana övladıdır. Heç bir ölüm olmasın. Hamımız “Qonşun açsa, sən tox dura bilməzsən” deyilən bir dindən gəlməyik. Bəlkə səsimizi çıxarmırıq, amma biz də olanları təqib edirik. Ölkədə nələr olduğuna biz də baxırıq. Ayıbdır, yazıqdır, günahdır. Onlar da candır. İndi gəlib necə oyunu analiz edim? Oyundan sonra bu xəbəri duyunca başımızdan qaynar su tökülmüş kimi olduq. Yazıqlar olsun. Çox əsəbiyəm, sinirlərim çox pozulub. Danışmaq istəmirəm” -deyən Fatih Terim üsyan edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir