Federal Mühafizə Xidmətinin generalı saxlanıldı


Federal Mühafizə Xidmətinin generalı saxlanıldı
Daxili yoxlama zamanı Federal mühafizə xidmətinin (FMX) generalı Gennadi Lopırev saxlanılıb. Bu haqda “İnterfaks”” agentliyinə FMX-ninmətbuat və ictimaiyyətlə əlaqə mərkəzindən məlumat verilib.

“”FMX-də daxili yoxlamalar aparılan zaman mühafizə xidmətinin Qafqazdakı hissələrində hazırkı qanunvericiliyə zidd olan ciddi qayda pozuntuları aşkar edilib””-deyə agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə yoxlamanın nətiəcələri istintaq orqanlarına təqdim edilib.

Hazırda Lopirev saxlanılıb və onun barəsində istintaq tədbirləri görülür.

Noyabrın 25-də səhər “”Mediazona”” yazıb kı, “”İzvestiya”” qəzetinin materialında Lopırevin oğurluqda şübhəli bilinərək saxlandığı və evindən 1 milyard rubl dəyərində pul aşkar edildiyi deyilir. Hazırda Lopırev İstintaq Komitəsində sorğuya alınmaq üçün Moskvaya gətirilib.

Sonradan silinən məlumatda o da qeyd edilir ki, istintaq olimpiya obyektləri tikilmək üçün torpaq sahələrinin ayrılması ilə əlaqədardır və bununla bağlı Soçi meri Anatoli Paxomovun ismi də şahid kimi keçir.

“”İzvestiya””nın mənbəsinn məlumatına görə istintaq hərəkəti bütün həftə ərzində Krasnodar vilayətində keçirilib, bu işin əsas fiqurları isə administrasiya və güc strukturlarından olan bir neçə yüksəkrütbəli məmurlardır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir