Fevralın 1-dən Rusiyada araq ucuzlaşdı, qocalıq təqaüdü və nəqliyyatlarda gedişhaqqı qalxdı, taxılın gömrük qiyməti bahalaşdı…


Fevralın 1-dən Rusiyada araq ucuzlaşdı, qocalıq  təqaüdü və  nəqliyyatlarda gedişhaqqı  qalxdı, taxılın gömrük qiyməti bahalaşdı...
Fevralın 1-dən Rusiyada araq ucuzlaşdı, qocalıq təqaüdü və nəqliyyatlarda gedişhaqqı qalxdı, taxılın gömrük qiyməti bahalaşdı…

Rusiyada bu gündən etibarən arağın qiyməti ucuzlaşıb. Yarım litr arağın rəsmi olaraq qiyməti 35 rubl aşağı düşüb. Mağazalarda o 185 rubldan aşağı olmayaraq satılacaq.

Bu qərarı Rusalkoqoltənzimləmə qəbul edib. Aidiyyatı qərar “Rossiyskaya qazeta””da əksini tapıb.

Ekspertlərin fikrincə leqal istehsalçılar üçün malların həcmini artırmaq xeyirli olacaq. Hələlik qiymətlər enməyə başlayır və üçüncü ildir ki, belə davam edir. Deməli, dövlət spirtli içkilər bazarından gözlənilən gəliri almayacaq. Aksizlərin bahalaşması belə özünü təsdiq edə bilmədi. Eyni zamanda bu qeyri-leqal bazarda əlavə gəlir üçün əlverilşli oldu.

Yeri gəlmişkən, 2012-ci ildə yarım litr arağın qiyməti 125 rubl idi. Bu yenilik ölkədə arağa tələbatı azaltmağa yönəlmişdi. Amma o elə bir uğur qazanmadı. İndiki minimum qiymətin aşağı düşməsindən də ekspertlər bir müsbət nəticə gözləmirlər, bunun araq məhsulların hamısının qiymətinə təsir etməyəcəyini düşünürülər.

Arağın qiyməti 35 rubl ensə də, ictimai nəqliyyatda qiymətlər 7% bahalaşır. Bu gündən “”Ediniy”” biletlərinin (“”Vahid””) bir dəfəlik gedişhaqqı qiyməti 50 rubl olacaq.

Fevralın Moskva metropoliteni, yerüstü nəqliyyat və monorelslərdə gediş haqqı dəyişib.

“”Yediniy”” (bütün şəhər nəqliyyatında işlənən) gedişhaqqı bileti 40 rubldan 50 rubla qalxıb. “”Yediniy”” 2 dəfəlik 80 rubl deyil 100 rubl olub. 5 dəfəliyə isə160 rubl yerinə 180 rubl ödənəcək. 11gedişlik-360 rubl (320 əvəzinə), 20 gedişlik-580 rubl (540 əvəzinə), 40 rubl gedişlik-1160 rubl (1080 əvəzinə, 60 gedişlik-1400 rubl (1300 əvəzinə).

limitsiz gediş haqları biletlərinin qiyməti isə 1,3,7 və 365 gülüklər üçün dəyişməz qalıb. Limitsiz 30 günlüklər 2350 rubldan 2000 rubla, 90 günlük isə 5550 rubldan 5000 rubla düşüb.

Məktəblilər və tələbələr üçün güzəştli biletin qiyməti dəyişməz qalıb. Xatırladaq ki, gedişhaqqı qiymətlərinə 2014-cü ilin iyinin 1-də dəyişiklik edilib artırılmışdı.

Bu arada taxılın eksportuna qoyulan gömrük rüsumu da artırılıb. Fevralın 1-dən taxıl məhsullarının gömrük rüsumu 15% , üstəgəl 7,5 avro olacaq. Qeyd edək ki, Rusiya dünyada taxıl ixracının həcminə görə 4-cü yerdə durur.

Fevralın 1-dən qocalığa görə sığortalı təqaüd də 13 min rubla qədər qalxacaq. Bunun kimlərə, hansı kriteriyalara görə dəyişməsinin detalları necə hesablanacağının detalları hələ tam aydın deyil.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir