Forbesin “Dünyanın ən nüfuzlu adamları” siyahısında Putin 3-cüdür


Forbesin “Dünyanın ən nüfuzlu adamları” siyahısında Putin 3-cüdür
2011-ci ildə baş nazir olan Putn bu siyahıda ikinci yeri tuturdu. Bu il bir pillə aşağı düşərək 3-cü olub.
Forbesin hesabatına görə isə dünyanın ən nüfuzlu adamı kimi birinci yerdə iki ildir dalbadal Barak Obama qərarlaşır. İkinci yeri isə Almaniya kansleri Anqele Merkel tutur. O həm də dünyanın ən nüfuzlu qadını kimi birinci yerdədir.

“Top-10”-a Microsoft-un təsisçisi Bil Qeys, Roma Papası XVI Benedikt, ABŞ Federal ehtiyat xidmətinin rəhbəri Ben Bernanke, Səudiyyə Ərəbistanı kralı Abdalla ben Abdal Aziz, Avropa Mərkəzi bankının prezidenti Mario Draqi, yeni Çin kommunist partiyasının baş katibi Si Tzin Pin, Böyük Britaniyanın baş naziri Devid Kemeron daxildirlər.

Ötən il prezident olan zaman 59-cu yerdə olan baş nazir D.Medvedev bu siyahıda indi 61-ci yerdədir. Forbesin “Dünyanın ən nüfuzlu adamları” siyahısında 67-ci yerdə olan 3-cü rusiyalı isə biznesmen Əlişir Usmanovdur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir