Fridrix Neznanski vəfat edib


Fridrix Neznanski vəfat edib
Rus yazıçısı və publisisti Fridrix Neznanski ömrünün 80 yaşında Almaniyada vəfat eidb. Fridrix Neznanski Eduard Topolla birgə yazdığı “Brejnev uçun jurnalsit” və “Qizil Meydan” romanları ilə məşhurlaşıb.

Yazıçının vəfatı ilə bağlı KİV-ə onun ailəsi məlumat verib.

O, məşhur yazıçı Eduard Topolla birgə iki romana imza atan və sonradan Eduard Topolun sahibləndiyi digər əsərlərin də müəllifi olduğu iddiası ilə çəkişmələr və məhkəmə qalmaqallarında adı hallanan mürəkkəb taleli yazışılardan olub. Dissident kimi 1977-ci ildə Rusiyanı tərk etməyə məcbur olan Fridrix Neznaski 1978-85-ci illərə kimi ABŞ-da yaşayıb.

Cənab Neznaskinin hekayə, feleyton və məqalələri “Komsomilskaya pravda”, “Trud” qəzetlərində çap edilib. Fridrix Neznanski ən başlıcası “SSRİ-də qanun direktivləri” olmaqla 5 monoqrafiyanın müəllifidir. Bir müddət “Azadlıq” radiosunda çalışıb, üç emmiqrant qəzeti ilə əməkdaşlıq edib, Rusiya xalq -əmək ittifaqı həmrəyliyi üçün bir sıra alterativ işlər barəsində yazılar yazıb.

Yazıçya populyarlıq Eduard Topolla birgə yazdığı “Brejnev uçun jurnalist” və “Qızıl Meydan” romanlarından sonra gəlib. 12 dildə tərcümə olunan romanları ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa Və Almaniyada bestellerlər siyahısına düşüb. Yazıçının qələmindən çıxanlar Rusiyada yalnız yenidənqurmadan sonra çar edilib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir