Futbol ayaqla oynanar, “barmaqla” yox!


Futbol ayaqla oynanar, “barmaqla” yox!

Milli oyunçularımız dünya futbiol ulduzlarının oyunundan örnək alsa…
Artıq futbol üzrə Azərbaycan çempionatının üçüncü dövrəsinin oyunları başlayıb. Qış fasiləsində bir çox klublar özlərinə oyunçu alaraq komandalarını gücləndiriblər. “Qarabağ” üçüncü dövrənin ilk turunda “Xəzər-Lənkəran”a məğlub olsa da, turnir cədvəlində liderlik mövqeyini saxlayıb və bu il Azərbaycan çempionu olmağa şanslı görünür. Qurban Qurbanonun komandası bu il yaxşı oyun nümayiş etdirir. “Qarabağ” komandasının oyunu Avropa turnirində də Azərbaycanı layiqlə təmsil edəcəyindən xəbər verir.

Birinci turda “Qarabağı” udan “Xəzər-Lənkəran”ı Uelsli məşqçi Jon Toşak meydana çıxardırdı. Komanda müəyyən yarışlarda ingilslərsayağı oyun nümayiş etdirsə də, autsayderlər sırasında gedirdi. Bu il 10 illiyini qeyd etməyə hazırlaşan “Xəzər-Lənkəran” komandasının oyunu nə azarkeşləri, nə də klubun rəhbəriyini qane edirdi. İninci dövrənin qurtarmasına 3 tur qalmış Jon Toşak baş məşqçi vəzifəsindən istefa verdi. Onun yerinə komandaya türk futbol mütəxəssisi Mustafa Dənizli gətirildi. Komandaya təzə məşqçi gətiriləndən sonra “XL” rəsmi oyunlarının birində də məğlubiyyətə uğramayıb. Son oyunda “Nefçi” komandası ilə Lənkəranda qarşılaşdı. Onu da qeyd edim ki, “XL” ilə “Neftçı” arasında keçirilən matç nəinki Azərbayvanda, hətta ölkənin hüdudlarından kənarda da maraqla izlənilir. Bu oyunu Azərbaycanda “Böyük oyun” adlandırırlar. Bir çoxları oyunun keyfiyyətinə görə onun “Böyük oyun” olması statusu ilə razılaşmırlar. Amma məhz bu oyun Azərbaycanda ən böyük azerkeş qrupunu stadiona gətirir və böyük əks-səda doğurur. Fevralın 9-da Lənkəran şəhər stadionuna 12 minə qədər tamaşaçı yığmışdı. Oyun hər zamankı kimi maraqlı və qalmaqalsız ötüşməmişdi.

Elə buradan başlayaq. “XL” “Nefçi” derbisindəki qalmaqala gətirib çıxardan səbəb və ya səbəblərdən. İlk növbədə oyundan əvvəl xalqın verdiyi proqnozlar, sosial şəbəkələrdə azarkeşlərin bir-birlərini, rəqib komandaların oynçularını təhqir etmələridir. Komandaların Bakı görüşündə baş verən qalmaqalın davamı Lənkərənda yaşandı. Lənkəranlı azarkeşləri özündən çıxaran “Neftçi”nin oyunçusu Mahir Şükürovun idmançıya yaraşmayan hərəkətlri oldu. Məhz bu oyunçu Bakıda yaşanan qalmaqalın əsas səbəbkarıydı. Oyundan əvvəl verdiyi açıqlamada azarkeşləri hirsləndirəcək sözlər söyləmişdi. Oyun başlanandan sonra analoji olaraq Mahir Şükürov azarkeşlərin təhqir hədəfinə çevrilmişdi. Azarkeşlərin təzyiqinə məruz qalan oyunçu nəticədə dünyada bir neçə tanınmış futbolçunun hərəkətini təkrar edərək 12 minlik bir tamaşaçı kütləsinə barmağını göstərmişdi. Əgər nəzərə alsaq ki, bu oyun həm də internet vasitəsi ilə yayımlanır,bunu 12 min yox daha çox tamaşaçı-azarkeş izləndiyi aydın olur.

Mahir Şükürov unudur ki, futbolçu kimi Lənkəran klubunda çox müəyyən şeylər öyrənib. Ilk vaxtlar ona futbol oynamağa Lənkəran klubunda şərait yaradılıb. Sonralar o, Maxaçqalanın “Anki” klubunda bir az “a-lya Ronaldu” kimi başa düşülməz hərəkətlər göstərdiyi üçün oradan qovulmuşdu. “Neftçi”yə gələndən sonra özünü ulduz hesab edən futbolçu indi də oradakı hərəkətlərini burada təkrarlamağa başlayıb. Bu yarımfutbolçu ulduzlar kimi oyun nümayiş etdirməsə də ulduzlar kimi tamaşaçılara barmaq göstərməklə dünya futbol ulduzları siyahısına düşməsinə şübhəniz olmasın. Bəziləri onun bu hərəkətinə bəraət qazandırmağa çalışırlar. Yəni azarkeşlərin təhqirinə təhqirlə cavab verdiyini söyləyib ona haqq verirlər.

Amma futbolçu olan unutmamalıdır ki, futbolda rəqib komandanın oyunçuları və azarkeşləri tərəfindən hər cür təxribat ola bilər. İdmançı bunlara hazır olmalı və təmkinini qoruyub saxlamalıdır. Futbolçu təkcə öz oyunu ilə deyil, xarakteri ilə də meydanda azarkeşlərə nümunə olmalıdır.

Mahir Şükürovdan başqa da bu oyunda fərqlənənlər var idi. Hakim onları qırımızı vərəqə ilə cəzalandırıb oyundan qovmuşdu. Yarış bitəndən sonra da “Neftçi”nin “Maurinyosu” Böyükağa Hacıyev tərəfləri sakitləşdirmək əvəzinə, oyundan sonrakı mətbuat konfransında söylədiyi sözlərlə qalmaqalı daha da alovlandırdı. Böyükağa Hacıyevə rus məşqçisi Yuri Semindən, türk məşqçi Mustafa Dənizlidən təkcə futbol yox, nitq mədəniyyəti də öyrənməyi tövsiyyə edərdim. O, “XL”-la oyundan sonra türk məşqçinin mətbuat konfransında dediyi sözləri hər halda eşitməmiş olmaz. Böyükaga Haciyev, danışmağı öyrənin, isti münasibətlərə gətirən sözlər deməyi öyrənin, rəqib komandaya hörmət etməyi öyrənin!

Bütün bunlara baxmayaraq Azərbaycanda futbol çempionatı davam edir. Oyunların, hadisələrin maraqlısı hələ irəlidədir. Ümidvaram ki, bu hadisələrin hamısı xoş məramlı olacaq.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir