Futbol komandalarımızın xarici klublarla yoxlama görüşləri keçiriblər


Futbol komandalarımızın xarici klublarla yoxlama görüşləri keçiriblər
Təlim-məşq toplantısını ölkə xaricində davam etdirən klublarımız növbəti yoxlama görüşlərini keçiriblər.
Antalyada “Xəzər-Lənkəran” Ukraynanin “Krivbass” klubu ilə qüvvəsini sinayıb. Ağ-qırmızıların ustunluyu ilə keçən oyunda komandamız 6:0 hesabı ilə məğlub olub.
Antaliyada digər bir klubumuz, Zaqatalanın “Simurq” klubu 31 dəfə Bolqarıstan çempionu olmuş “ÇSKA” ilə sülh bağlayıb- 3:3.

Günün ilk yarısında “Qəbələ” klubu II Bundesliqada mübarizə aparan “İnqolşdadt”” klubu ilə qarşılaşıb və 3:4 hesabıyla məğlub olub. Günün ikinci yarısında “”İnqolşdadt”” daha bir klubumuz- Bakı “İnter”i ilə qarşılaşıb və bu dəfə meydanş qalib qismində tərk edib-1:3.

AZAL klubu Çinin “Dalyan Aerbin” klubu ilə qüvvələrini sınayıb .Oyunda hesabı təyyarəçilər açsalar da nəticəni sona qədər qoruya bilməyiblər-1-1.

Ramin
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir