Futbol, yoxsa boks?


Futbol, yoxsa   boks?
Futbol oyununda boks “Xəzər-Lənkəran” ilə “Neftçi” komandalarının qarşılaşmasında yaşandı.

Təəssüflər olsun ki, “Xəzər”imiz kuboku Lənkaran gətirə bilmədi. Biz “Xəzər”in azarkeşləri bir şeylə razılaşmalıyıq ki, “Neftçi” bu gün Azərbaycanın ən güclü komandasıdır. Komanda bütün mövsüm boyu çox yaxşı oyun nümayiş etdirdi. Final oyununda “Nefçi”nin üstünlüyü hiss olunurdu. Komandanı bu qələbə münasibətilə təbrik edirəm.

Bütün bunlara baxmayaraq “Xəzər-Lənkəran” çempiona qarşı final oyununu çox yaxşı oynadı. Komandamız mövsüm boyu belə oyun göstərsəydi, finalın qalibi ola bilərdi. Bir oyuna yaxşı hazırlaşıb qələbə çalmaq çox çətindir. Final qarşılaşmasındakı uğursuzluq əslində bütün mövsümün uğursuzluğunun nəticəsidir. Komandada gedən dəyişikliklər komandaya stabil oyun göstərməyə imkan vermədi. Lənkəran azarkeşləri bu il Con Toşakdan nə çempionluq, nə də yüksək yer istəmirdilər. Amma gələn mövsümdəki hər uğursuzluq Toşakı “Xəzər”in keşçmiş məşqçiləri sırasına sala bilər. Lənkəran azarkeşləri uğursuzluğu bağışlaya bilərlər, amma uğursuzluqları hec vaxt bağışlamazlar. Azarkeşlər komandanın 10 illik yubileyini çempionluqla bir yerdə qeyd etməyə hazırlaşırlar. Komandanın yubiley ili onun ikinci çempionluq ili olmalıdır. Bütün Lənkəran və “Xəzər”in başqa ölkələrdəki azarkeşlərinin arzusudur bu. Con Toşak bu qələbəni bizə verə biləcəkmi?

Oyundan sonra baş verən hadisələr, oyundan qabaq və oyun zamanı baş verənlıri kölgədə qoydu. “Neftçi” komandasının qapıçısı Stamenkoviçin “Xəzər-Lənkəran” komandasının oyunçusuna qarşı qeyri-idmani hərəkəti ilə başlanan epizod futbolu idmanın başqa bir növü olan boksa gətirib çıxartdı. Özlərini həmişə haqlı sayan “Neftçi” mühafizəçiləri “Xəzər-Lənkəran” oyunçusunu nokauta göndərmək istədilər. Buna ehtiyac var idimi? Əlbəttə ki yox. “Nefçi” komandasının mühafizəçiləri sadəcə öz işlərini, komandadan elə-belə maaş almadıqlarını rəhbərlərinə bununla göstərmək istədilər. Nəticədə çox maraqlı bir futbol hadisəsinin sonunu davaya gətirib çıxartdılar. “Neftçi” futbol komandasının rəhbərliyi və boksa meylli muhafizəçiləri çox ciddi cəzalandırılmalıdırlar. AFFA isə Stamenkoviç haqqında ciddi təbdirlər görməlidirlər. Oyundan sonra “Nefçi”nin qapıçısı “Sialmasa qarşı niyə belə etdin” sualına “məni belə öyrədiblər” cavabını vermişdi.

Bütün bu xoşagəlməz hadisələrə baxmayaraq “Xəzər-Lənkəran” azarkeşləri üçün futbol həyatı davam edir. Bizim çılğın futbol azarkeçlırimiz də tez bir zamanda sakitləşməlidirlər. Futbolda belə xoşagəlməz hadisələr tez-tez baş verir. 28 Mayda Tofiq Bəhramav adına respublika stadionunda baş verənləri hamımız unutmalıyıq. Bizim komandamıza olan məhəbbətimiz, başqa komandalara, onların azarkeşlərinə qarşı düşmənçiliyə çevrilməməlidir. İnanıram ki, komandamız gələn mövsümdə öz məzmunlu oyunu ilə bizim hamımızı sevindirəcək və bu mövsümdə bizə yaşatdıqları uğursuqluqları tezliklə unutduracaqlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir