Futbolçu Xalkın itən bacısı tapıldı


Futbolçu Xalkın itən bacısı tapıldı
“Zenit” komandasının braziliyalı futbolçusu Xalkın bacısının öz avtomobilində qaçırıldığı haqda Barziliya polisi məlumat vermişdi. 22 yaşlı Anjelika Vieyra Paraiba ştatının Kampina-Qrandi şəhərindəki evinə, valideynlərinin yanına qayıdıb. Bu informasiyanı ştat mülki polisi təsdiq edib.

Polis futbolçunun bacısını yolda gedərkən görüb və qızı evlərinə gətirib. Hadisənin təfərrüatı haqqında sonra məlumat veriləcək.
Verilən məlumata görə Anjelikanı bir qrup silahlı adam öz maşınında olarkən qaçırmışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir