Gəl!


Gəl!

Afaq Şıxlı

Gəl!

Bilirsənmi…
Sabahları axşam etdiyimdə günəşə üz tuturam hər gecə.
Sarmaşıqlar arxasından baxdığım pəncərəm dualarımın şahididir.
Göy üzü – gümanım,
günəş – ümidimdir.
Sevgim – həyatım,
sənsə həyatımın anlamısan…
Gözləyirəm…
Gecələr uzun olsa da, bir kiçik şam belə qəlbimi işıqlandırmağa yetər –
Sən varsan deyə!
Səmaları bürüyən qaranlıqlar, çaxan şimşəklər bir ümid qığılcımından qorxar…
Əsən küləklər, sovrulan yellər bitər və tükənər, ümidimsə tükənməz…
Həsrət usanar, ayrılıq yorular, mürgüləyər – gözlərimsə yorulmaz, səni gözləyər.
Gəl!
Nəfəsimdən tərləmiş aynalara yazdığım adın silinməmiş tələs!
Qaranlıqlar üzərində bir şimşək kimi parla, dəli bir yel kimi həsrəti qov, al apar bizdən uzaqlara…
Günəıim ol!
Buza dönmüş qəlbimi isit, həyat ver yenidən…
Nigaranam… gecikmə… zamanım az qaldı…
Dualarım sənədir, eşidirsənmi?


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir