Gəlmələrə “Rusiya hamı üçün” internet portalı


Gəlmələrə “Rusiya hamı üçün” internet portalı
Gəlmələrə “Rusiya hamı üçün” internet portalı
“Rusiya hamı üçün” internet portalı Rusiya ərazisində qanuni yaşamağa kömək etməklə bərabər, onlara harada dili öyrınmək, iş tapmaq, tibbi yardım almaq yolunu göstərəcək. Bu haqda xüsusi layihənin direktoru Yelena Davıdova məlumat verib.

Onun sözlırinə görə “Rusiya hamı üçün” portalının əsas məqsədi millətlərarası münasibətlərin harmoniyasını yaratmaqdır. Portal “RİA Novosti”-nin bazasında yaradılıb, amma ayrı bir KİV orqanı kimi və tacik, çeçen, azərbaycan dilləri daxil olmaqla müxtəlif dillərdə çıxır.

“Biz bilirik ki, milli münasibətlər məsələsi çox kəskindir və KİV bu mövzunun üzərində çox çalışır. Biz nə ilə fərqlənirik? Bizim tapşırığımız “”kim günahkardır ” sualını vermək yox, “nə etmək” cavabını tapmaqdır”-deyib Davıdova.

Portalda ümimilikdə Rusiyada olan diasporlar, onların keçirdiyi tədbirlər haqqında məlumatlar təzələnəcək. İş axtaranlar üçün də vakant yerlər göstəriləcək. Rusiyaya gələnlər bu məlumatlarla həm də öz dilərində tanış olacaqlar.

Rus dilini bilməyənlət üçün “Dil öyrədək” bölməsində onlara rus dilini öyrənməkdə yardım etmək də nəzərdə tutulub.

“Bundan başqa “Rusiya hamı üçün” portalında müxtəlif millətlərin adət-ənənələri, mədəniyyətləri, milli mətbəxləri haqqında da məlumatlar olacaq”-deyə Davıdova bildirib.

Bir növ Rusiyaya təşrif gətirən bu portada özünü qəriblikdə hiss etməyəcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir