Gedir (Zəlimxan Yaqubun xatirəsinə)


Gedir  (Zəlimxan Yaqubun xatirəsinə)
Dostum Zəlimxan Yaqubun əziz xatirəsinə

Gedir

Ağlamayaq, sızlamayaq, neyləyək,
Şux qamətli, dağ qeyrətli can gedir.
Gücümüz yox, dərdə çarə eyləyək.
Aramızdan şöhrət gedir, şan gedir.

Dağ seli tək coşan, daşan, çağlayan,
Bir nəfəsə neçə dastan bağlayan,
El dərdinə uşaq kimi ağlayan,
Sazlı – sözlü gözəl bir ozan gedir.

Eşidənlər ağı deyib ağlayır,
Aşıqlar sazına qara bağlayır.
Neçə – neçə sinələri dağlayır,
Əvəzi olmayan bir insan gedir.

Kəsilib harayı, ta gəlmir səsi,
Qəmlərə qərq edir o, hər bir kəsi.
Yer-göyü inlədir şair naləsi,
Sənət meydanından sultan, xan gedir.

Dağlaroğlu, əfsanəymiş bu həyat,
Çoxlarını dərdə salıb, qoyub mat.
Bir ah deyin, bir of çəkin, həzərat!
Son mənzilə şair Zəlimxan gedir.

Pirverdi Dağlaroğlu, AYB və Jurnalistlər birliyinin üzvü
11.01.2016 . Şəmkir rayonu Kür qəsəbəsi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir