Gökhan “Xəzər” televiziyasında


Gökhan   “Xəzər”  televiziyasında
Türk Arabesk- Fantazi müsiqisinin gözəl səsli müğənnisi Gökhan Güney Azərbaycanın Xəzər TV kanalında proqrama başladı.

Tanınmış sənətçi Gökhan Güney Azerbaycanda yayımlanan “Xəzər” televizyasında əyləncəli proqram aparacaq. Ölkənin 6 milli televiziyasından biri olan “Xəzər”-də aparacağı proqramın adı “Gökhan Güney Show’’-dur.

Guney Azərbaycanda olmaqdan və əyləncəli bir proqram aparacağından məmnun olduğunu bildirib. Bakıda veriliş hazırlamağın çox fərqli bir duyğu olduğunu bildirən türk sənətçisi Azərbaycanın Türkiyədən bir fərqi olmadığını da söyləyib.

Tanınmış sənətci azərbaycan dilinin türk dilinə yaxın olduğunu, amma xəta etməməkdən ötəri həmsöhbətlərini diqqətlə dinləyərək anlamağa çalışdığını da bildirib. Azərbaycanca bəzi kəlmələri öyrənən Güney “uçaga” – “təyyarə”, “anlamaya”- “başa düşmək”, “düğüne”- “toy” deyirlər və Azərbaycanda proqram aparmaqdan çox məmnunam-deyib.

Gökhan Güneyin 90 dəqiqəlik proqramı hər bazar ertəsi saat 23:00- da “Xəzər TV”-də efirə çıxır. Proqrama Türkiyədən bir çox sənətçi dəvət ediləcəyi də gözlənilir.

/Yenises.ru /


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir