Gündəmsiz gündəmə gələn “Cazibəmiz”


Gündəmsiz gündəmə gələn  “Cazibəmiz”
Əslində hər hansı mövzunun gözlənilmədən gündəmi istismar etməsi hər an gözləniləndir. Elə “Yaxşı Cazibə”nin cazibəsinə düşüb sevinclə qadılarımızın şıltaqlığını göztərən türk ssenarisində birdən-birə sujet xəttində baş verənlərə gözlənilməz dediyimiz kimi.

Doğrüsü bu seriala baxmağa nə vaxtım olub, nə həvəsim. Arabir mətbuat yazanda bir-iki fraqment izləmişəm. Elə azərbaycanlı qızı-qadını obrazı oynanildığını da oradan bilirəm. Yəni bu barədə təəssüratım tam deyil. Hamının bildiyi qədərini bildiyim halda “ fikir yürüdəcəm” – deyə ortalığa atılmağı qələmimə xəyanət sayıram.

Amma anladığım qədəri bizimkilərin niyə qadınımızı “fırıldaqçı, yalançı, pulgir” kimi təqdim edilməsindən narahat olmalarıdır. Təəssüb gözəl şeydir. Milyonlarla auditoriyanın ixtiyarına verilən bu obraz “başqalarında bizim haqqımızda nə kimi fikir formalaşdıra bilər”- baxımından əndişələnənləri də haqlı saymaq olar.

Bəzən bilinəni bilinməz, görünəni görünməz, hər şeyi ütülü kimi təqdim etmək də facebookda yazdığım bir statusumdakı “ütülü cümlələr də ütüsuz köynək kimi adamın canını sıxır” fikri ilə həmahəng səslənir.

Guya Azərbaycan qadınının hamisi Mir Cəlalın “İtə ataram, ingilisə satmaram” timsallı Sonasındanmı formalaşıb. Heçmi (C. Cabbarlı “Aslan və Fərhad”) qardaşı Aslanı kor etməyə qızışdıran Fərhadın arvadı kimiləri yoxdur.

Ədəbiyyatda müsbət obraz insanlara nümunə, dərs olmaq üçün yaradılır. Amma ədbiyyatda ifrat ideal təsvir etdiklərimizin həyatda neçəsi ilə qarşılaşmışıq. Ona görəmi bir zamanlar elçi gələndə ata üzünə çıxmağa utanan, evlənmək yaşı çatanda valideyn izni gözləyən qızı-oğlanı efirə çıxardıb “ərə getmək, arvad almaq istəyirəm” in ayıb olmadığını sübut etmək istəyirik. Ədəbiyyat onu da ayıblayırdı, amma. Həyatın bədii obrazlarla ifadəsini verən, işimizə gəlməyəndə təxəyyül məhsulu elədiyimiz ədəbiyyat.

O zaman Türkiyədə, Dubayda, Rusiyada qadınların can satıb pul qazanmağından yazan mətbuat xəbərlərini də gizlətmək gərəkməzmi?
Yox əgər, “Mənə olar, özgəyə yox”- tendensiyası da sadəcə bizə məxsus olandırsa…

Madam, o cür görunmək, başqalarının bizi o cür görməsini istəmiriksə, kimsəyə “gözünü bağla”” deyə bilməzsən. Görünən kənd bələdçi istəməz!

Aynada əksini əyri görüsənsə, aynanı qımaq yox, əksini düzəltmək gərəkəndir. Hər bir millətin qadınının ssenari müəllifinin “Cazibə”ni yönləndirdiyi kimi bir “ayib”ı var. Amma biz bu ayıbdan sığortalanmaq istədyimizə yox, durumumuza baxıb nəticə çıxarmalıyıq.

Fikrimi uzatmadan deyim ki, bu gərəksiz yerdə gərəklilik göstərməkdir!

Tünzalə Vəliqızı”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir