Gürcüstan parlamenti Rusiya ilə diplomatik münasibətlərə “xaç” çəkdi


Gürcüstan parlamenti  Rusiya ilə diplomatik münasibətlərə “xaç” çəkdi

“Xarici siyasətin əsas istiqamətləri” qətnaməsini Gürcüstan parlamentinin zalda olan 96 deputatının hamısı dəstəkləyib.

Gürcüstan parlamenti “Xarici siyasətin əsas istiqamətləri” qətnaməsini bir səsələ qəbul edib. Sənəd faktiki olaraq Rusiya ilə diplomatik əlaqələrin bərpa edilməsinə qarşı çıxır.

Qətnamə leyhinə 96 deputat çıxaraq, onu tamamilə dəstəkləyiblər.

Sənədə görə Gürcüstanın xarici siyasətinin qarşıya qoyduğu ən əsas məsələ- “ölkənin təhlükəsizliyini qarantiya etmək, müstəqillik və süverenliyi qorumaq, həmçinin işğal olunmuş əraziləri xilas etmək, beynəlxalq aləmdə tanınmış sərhədlərlə ərazi bütövlüyünü bərpa etmək”
Bundan başqa, qətnamənin əsas prioriteti kimi NATO və Avropa Şurasına qəbul edilmək göstərilir. Gürcüstan AŞ və tamhüquqlu üzvlüyə görə “modallıq və müddət” Alyansıyla danışıqlar aparmağı planlayır. Yaxın gələcəkdə Gürcüstan beynəlxalq sülhməramlılarla, polis və mülki əməliyyatlarda iştirakını davam etdirəcək. Məsələn NATO-nun Əfqanıstandakı əməliyyatları çərçivəsində olduğu kimi.

Bununla yanaşı, sənəddə olan 19 bölmədən sadəcə üçündə Rusiyanın adı çəkililr, ABŞ isə “starteji müttəfiq” kimi göstərilir. Özlüyündə rəsmi Tbilisi Moskva ilə “konfliktin həll edilməsi, mehriban qonşuluq münasibətlərinin yaranması və onun inkişafı” məqsədiylə dialoq başlamaq niyyətində olsa da, sənəd bunu qadağan edir.

“Gürcüstan Abxaziyanın müstəqilliyini tanıyan dövlətlə diplomatik əlaqə qura bilməz”-deyə sənəddə deyilir. Elə bu bölmədə Gürcüstanın həmin dövlətlərlə “hərbi-siyasi və ya gömrük ittifaqına” girməsini istisna edilir.
Gürcü deputatları etiraf edirlər ki, söhbət MDB, Kollektiv Təhlükəsiz Müqabiləsi Təşkilatı, Avroaziya və Gömrük ittifaqından gedir.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir