Gürcüstan prezidentindən Putinin sanksiyalara dair sözlərinə reaksiya


Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşılanacağına gəlincə “Kimsə mənə vətənpərvərlik öyrədə bilməz””-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.

Onun fikrincə, Rusiya liderinin belə bəyanatları “”təhlükələrdən daha üstündür””. Eyni zamanda, o qeyd edib ki, Gürcüstan “”həqiqətin nə olduğunu öyrənmək”” üçün gözləmə mövqeyi tutacaq.

Zurabişvili Rusiyalı turistlərin ölkəsinə dönəcəyinə ümid etdiyini və “”Gürcüstanın açıq qalacağını”” söyləyib.

Onun sözlərinə görə, Tiflis konflikti dayandırmağa hazırdır. O, özünün buna dəvət edən ilk siyasətçi olduğunu da qeyd edib. Moskva ilə münasibətlərindəki mövqeyinin daxildə tənqidlə qarşılanmasına cavab olaraq, əks mövqelərin toqquşmasının “”istənilən liderin taleyində”” yaşandığını qeyd edib. “”Heç kim mənə vətənpərvərlik öyrədə bilməz”” deyib.

İqtisadi məhdudiyyətlərin tətbiq olunma ehtimalını şərh edən Vladimir Putin, bunu Gürcüstan xalqına hörmətindən etməyəcəyini söyləmişdi. Həmçinin, Rusiya lideri onu təhqir edən jurnalistin cinayət məsuliyyətinə cəlb olunmamasına da çağırmışdı.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Putinin bu bəyanatını rəğbətlə qarşılayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir