Həyatla savaşım


"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV
Ən böyük azarkeşi anası, dəstəkçisi isə dayısıdır!

Oğlanlarla güləşən azərbaycanlı Xanım güləşçi bu gün çempiondur. Rusiyanı təmsilən adını Avropa çempionu siyahısına yazdırıb.

Dörd dəfə Dünya çempionu, 3 dəfə Avropa çempionu, iki dəfə Rusiya çempionu və Rusiya kubokunun sahibi olub. Butun bu yüksək titulları yeniyetmə yaşlarında qazanıb. Tatamidə onunla döyüşə çıxan qadın yarışmaçılar arasında qarşıdurma başlamadan oyunu tərk edənlər də olub.

Sibir İdman və Turizm Universitetinin 2-ci kurs tələbəsidir. İdman karyerasının hələ birinci pilləsindədir. Yarışmalarda da hər zaman qələbə kürsüsündə yer almağı məsuliyyət bilir.
"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

Azərbaycanlı adı, soyadına bənzər birinin uğur qazandığını görəndə ilk suallar “görəsən, bizimkilərdəndirmi və hardandır, kimdir””- olur.

1999-cü ildə Krasnoyarsk şəhərində doğulub. Və əslən Tovuz rayonundandır. Hələ hekayəsinin başlanğıcında olduğunu düşünürsünüzsə… bir az bizə yaxın oturun. Və onun irəlidə yazacağı qələbə dastanına qədər keçən hekayəsinə qulaq asın.

Bir zamanlar doğulduğu Karsnoyarsk şəhərində keçirilən “Yarıgin” güləş turnirinə baxmağa gedəndə başlayan həyəcanın gələcəyini müəyyən edəcəyi ağlına da gəlməyib. O zaman hələ kiçikdi. Tam 6 yaşında.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir