
Gənclərdən ibarət Qroznının “Terek” və Nijeqorodun “Volqa” komandaları arasında keçirilən futbol qalmaqal və kütləvi dava ilə başa çatıb.
Kislavodskinin “Olimpiada” stadionunda keçirilən oyun görüşün 67-ci dəqiqəsində dayandırılıb.
Stadion gözətçisinin sözlərinə görə oyunçular bir taym yarım sakit oynayıblar və qəfildən konflik düşüb. Əvvəl onlar bii-birlərinə söz atıblar, sonra sözləşmə kütləvi davaya çevrilib.
Həticədə oyun dayandırılıb, meydanda dava edən futbolçular və ehtiyat skamyasında oturanların hamısı uzaqlaşdırılıb.
Yenises.ru-nun Life News portalına istinadən verdiyi məlumata görə davanın qızışdırıcısı “Terek” komandasınn hücumçusu olub, lakin polis konfliktin səbəbini və davanı kimin saldığını araşdırır.
Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
/Yenises.ru/