RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Moskvaətrafı rayonun sakini  iki uşağını 15-ci mərtəbədən atıb
Moskvaərtafı rayonun sakini iki azyaşlı uşağını evin 15-ci mərtəbəsindən atıb, hər iki uşaq ölüb. Bu haqda RİA Novosti regionun hüquq-muhafizə orqanlarından aldığı xəbərə əsasən məlumat verib.

“Hadisə Mıtişinsk rayonun Dolqoprudnı şəhərində baş verib. Qadın məlum olmayan səbəblər üzündən yaşadığı çoxmərtəbəli evin 15-ci mərtəbəsindən 4 və 7 yaşlı oğlunu atıb. Uşaqlar aldığı xəsarətdən ölüblər”-deyə agentliyin əməkdaşı bildirib.

Onu da əlavə edib ki, hadisə yerində müstəntiqlər işləyir. Olay Patsayev prspektindəki 7 nömrəli evdə baş verib.

“Verilən məlumata görə qadının normal ailəsi olub ”-deyə qeyd edilir.

/Yenises.ru/

Taylanda məbəddə arıların hücumuna məruz qalan 76 rahib xəstəxanaya yerləşdirilib
Taylandın şimalında yerləşən buddist məbədinin 70-dən artıq rahib arıların hücumundan sonra xəstəxanaya yerləşdirilib.

Hadisə Çianqmay şəhəri yaxılığındakı eyniadlı əyalətdə baş verib.

Məbədin arıxanasında yaşayan Ratçi Cetiyatçamın baş rahibinin sözlərinə görə gənc rahiblərin ərazini təmizlədiyi zaman arıların hücumuna məruz qalıblar.



Ölümünə azarkeşlik
Çinli futbol azarkeşinin AVRO 2012 oyunlarını 11 gün yatmadan izlədiyi üçün vəfat etdiyi bildirilir.

Dostları ilə birlikdə yatmadan oyunları izləyən və səhərisi işə gedən Xiaoş İrlandiya və İtaliya arasında keçirilən oyundan sonra evə gələrək vanna qəbul edib sonra yatıb və bir daha oyanmayıb.




Rusiya mediasında populyarlıq qazanmış  «Davay do svidaniya» videoçarxının müəllifi həbs edildi
Rusiya KİV-nin, sosial şəbəklərinin və hətta müxalifətinin “dilinin əzbərinə” çevrilmiş “Tı kto takoy, davay do svidaniya ”- videoçarxının müəllifi həbs edilib.

Bu dəfə həmin ifadə ona qarşı çevirib “Tı kto takoy, davay do svidaniya” deyə azadlığa "əl yelləməli" olub.

Hüqüq mudagiəçisi, “Talışi Sado” (“Talışın səsi”) qəzetinin baş redaktoru Hilal Məmmədov qadağan olunmuş maddə saxladığı üstündə həbs olunub.
İndoneziyada  təyyarə evə çırpılıb (Yenilənib)
17:42

İndoneziyada BBS Fokker təyyarəsində baş verən qəzada 9 nəfərin öldüyü 30-a yaxın adamın yaralandığı bildirilir. Bu haqda BBS İndoneziyanın rəsmi nümayəndəsi Azman Yunus məlumat verib.

Alınan məlumata görə təyyarənin bortunda 7 nəfər ekipaj üzvü olub, onlardan 6-sı ölüb, 1-i isə təcili xəstəxanaya göndərilib. Daha 3 nəfər ölən isə təyyaraə binaya düşən vaxtı evdə olanlardır.


13:48:18

İndoneziyada Fokker-17 təyyarəsi paytaxtın “Halim-Perdanakusuma” aeroportuna eniş enərkən yaxınlıqdakı evə çırpılıb. Bu barədə yerli mətbuat xəbər verib.

“Bu anda bizə sadəcə pilot i və koməkçisinin adı məlumdur, qəzanın səbəbi və sərnişinlərin sayı aydınlaşdırılır” –deyə İndoneziya hərbi qüvvələrinin rəsmi nümayəndəsi İskəndər Sitompul bəyan edib.
Türkiyəni ayağa qaldıran dəhşət
Fahitdə ailəsiylə maşında gedən sürücü ilə polis arasında bir-birinə yol vermədykləri üstündə dava düşüb. Yenises.ru-nun mynet.com-a istinadən verdiyi xəbərə görə hadisə yerinə gələn onlarca polis həyat yoldaşının və uşaqlarının gözü qarşısınıda şəxsi ölüncəyə qədər döydülər. Həyat yoldaşının yalvarmasına baxmayaraq ərini təpik və kəmərləri ilə vurublar.
Çerepavestdə azərbaycanlılardan ibarət quldur dəstə yaxalandı
Çerepavest şəhərində avtomat oyun zallarını qarət edən azərbaycanlılardan ibarət quldur dəstə yaxalanıb. Bu barədə Çerepavest rayon DİN-in mətbuat xidməti məlumat verib. Cinayətkar qrup altı qanunsuz kazinonu qarət etməyi bacarıblar. Bu qrupun yaxalanmasına kazinoların birində quraşdırılan video kamera görüntüləri yardım edib.

“Exo Moskvı” radiostansiyası  Eduard Bagırovu  məhkəməyə verəcək
Jurnalistin başı yazdığının ucbatından yenə qalmaqalda

“Exo-Moskvı ”nın rəhbərliyi Bagırovun yazdığı ifadəyə görə hühquq mühafizə orqanlarına mütaciət edəcək.
“Exo-Moskva” radiostansiyasının baş direktoru Yuriq Fedutinov “İnterfaks” agentlyinə Bagırovun öz bloqunda adıçəkilən radionun aparıcısı Yuluya Latınınaın ünvanına işlətdiyi ifadəyə görə hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bəyan edib.
Moskvada  yaşayış  evini partlaya biləcəyinə   görə köçürürlər
Moskvanın şimal-qərbində yaşayış evlərindən birinin partladılaya biləcəyi təhlükəsinə görə köçürürlər. Bu haqda paytaxtın hüquq mühafizə orqanları xəbər verib.

Asayiş keşikçilərinin jurnaistlərə verdiyi məlumata görə saat 14:00 radələrində Moskvanın çimal qərbində Demyan Bedniy küçəsində yerləşən evlərin su xətti borusunda iki şübhəli əşya aşkar edilib.
Həmyerlilərimiz Rusiyada rüşvət verdiyi üçün tutuldular
Rusiyanın Lipetsk vilayətində 47 yaşlı Azərbaycan vətəndaşı polisə rüşvət verdiyi zaman həbs olunub. O, Lipesk vilayətinin Narkotiklərlə Mübarizə İdarəsinin müstəntiqinə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuş iki qadin tanışının azadlığa buraxılması üçün 50 min rus rubl rüşvət təklif edib.
Moskvada  silahlı cinatətkarlar  iki betonqarışdıran maşını qaçırtdılar
Moskvada quldurlar tikinti firmasından iki betonqarışdıran maşını qaçırdıblar. Bu haqda “İnterfaxs” agentliyi məlumat yayıb.

11 iyunda iki cinayətkar Şosseynaya küçəsi, ev 1 R-də yerləşən tikinti firmasının ofisinə soxulublar. Gözətçini bıçaqla hədələyərək telefonunu əlindən alıb özünü də bağlayıblar. Sonra iki KamAz-betonqarışdıran maşına oturaraq qaçıb gizləniblər.
Sankt -Peterburqda  erməni repçini bıçaqlayıblar
Rusiyanın şimal paytaxtında məşhur repçi Levon Papyanı öldürüblər. İstintaq komitəsi qaynar izlə bu cinayətin üstünü açıb. Bu haqda şəhərin İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

1989-cu il təvəllüdlü kişinin meyidi Telman küçəsindəki 43 saylı evin mənzilində tapılıb. Faktla bağlı RF CM-nin 105-ci maddəsinin 1 –ci bəndi ilə (qətlə yetirmə) cinayət işi qaldırılıb.

Cinayət axatarışı nəticəsində 22 yaşlı Yekaterina Dorofeeva saxlanılıb. Qız ölənin sevgilisi olub və heç bir yerdə işləmirmiş.



Moskvada tutulan “Qoca”  ləqəbli  “qanuni oğru”nun  məhkəməsi olacaq
Moskva şəhərinin Qaqarin rayon prokurorluğu cinayət aləmində “Qoca” ləqəbi ilə tanınan , 39 yaşlı azərbaycanlı “qanuni oğru” Əlibala Həmidovun cinayət işi Qaqarin rayon məhkəməsinə göndərilib. Hakim Olqa Zeldinanin rəhbərliyi ilə keçiriləcək ilk məhkəmə iclası iyunun 13-ə təyin edilib. Əlibala Həmidov RF CM-in 228-ci maddəsinin 1-ci bəndi, narkotik maddələrin qanunsuz saxlanması ilə ittiham olunur.


   Rusiyada yaşayan azərbaycanlıar:Biz də onlarlayıq!Xəbər verildiyi kimi keçən gün-iyunun 5-də saat 06:30 radələrində Ermənistan ordusu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə daxil olmağa cəhd ediblər. Əsgərlərimiz Vətən yolunda canlarını qurban verərək düşməni geri çəkilməyə məcbur ediliblər. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub.

Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.






“Yevropeyskiy”  ticarət mərkəzində  qafqazlılar  dava  etdi

Iki qafqazlının mübahisəsi silahların açılması ilə bitib. Bu haqda “İnterfaks” agentliyi hadisəni görənlərin söylədiyinə görə məlumat verib.

Şahidlərin dediyinə görə “Yevropeyskiy” ticarət mərkəzi yaxınlığında məişət zəminində Şimali Qafqazdan olanlar arasında dava düşüb. Dava qızışaraq tərəflər soyuq silah və travmatik tapançandan istifadə ediblər.
Almaniyada türk ər arvadının başını kəsdi
Berlində dəlilik keçirən Orhan Subay 31 yaşındakı həyat yoldaşı Səma Subayı yaşadıqları evin damına çıxarıb “Allahu-Əkbər” deyib başını kəsdi və aşağıya atdı. Bu dəhşətli qətli Orhan Sunayın iranlı sevgilisi Leylanın üstündə törətdiyi bildirilir.

Haray-qışqırıq səsinə pəncərədən baxan qonşular bu hadisənin şahidi olublar. Onların yalvar-yaxır etməsinə baxmayaraq, Orhan Subay boynuna bıçaq dirədiyi həyat yoldaşı Səmanın hamının gözü qabağında başını kəsib aşağı tullayıb. O, daha sonra hadisə yerinə gələn polislərə təslim olub.
Jurnalist Ekspert Mərkəzi Norveçli jurnalisti qınadı


“Avroviziya 2012” mahnı musabiqəsi keçirilən zaman özünü İranın “Tekon” televiziyasının jurnalsiti kimi təqdim edən və yayımladığı kadrlarda Azərbaycan bayrağına hörmətsizlik etməklə yanaşı bu möhtəşəm tədbiri aşağılayan jurnalistin hərəkəti hər kəsdə ikrah hissi doğursa da buna ilk rəsmi etiraz Jurnalsit Ekspert Mərkəzindən (JEM) gəldi.

JEM-in sədri CeyhunMusaoğlu Azərbaycan KİV-nə verdiyi açıqlamada “bunu elə o kadrlar yayımlanan günü də edə bilərdik”-deyib. “Sadəcə özünü İranın “Tekon” televiziyasının jurnalisti kimi təqdim edən adamın əsl kimliyini araşdıranda sonra etirazımızı konkret adresə ünvanlanmağı düşündük”. JEM-in sədri onu da əlavə edib ki, İranın Azərbaycandakı səfiri onlarda “Tekon” adlı televiziyanın və kadrdakı jurnalistin İran vətəndaşı olmadığını bildirib.
Moskvada  bazar yandı

Paytaxtın fövqəladə hallar nazirliyindən verilən məlumata görə Moskvanın cənubundakı Moskvoretsk bazarında böyük yanğın baş verib.

Yanğın bazar ərazisində Simferopol bulvarı, ev 13-də yerləşən yağlı boyalar satılan ikimərtəbəli bağlı köşklərdə başlayıb.


-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru