Pentaqon Manbiji Rusiya ordusunun  nəzarətinə verdi

Türk ordusunun Suriya azad qüvvələri ilə birgə Manbijdə keçirdiyi əməliyyata Rusiyanın dəstək verdiynə eyham edən Pentaqon amerikalıların həmin ərazini faktiki olaraq ruslara verildiyini deyib. Kürd yaraqlılarının təmsil olunduğu "Suriya demokratik qüvvləri" qruplaşması isə amerikalı hərbçilərin oradan çıxarılması, onlara vəd edilən dəstəyin kəsilməsini "bıçaqla arxadan vurulan zərbə" kimi dəyərləndirib.
Rusiyada  elektron poçt  yazışmaları "süzgəncdən" keçiriləcək
Belə bir qaydanın tətbiq olunması təklifi senatorlardan gəlib. Rusiyada yayımlanması qadağan edilən xəbərləri ötürənlərin elektron poçtları bloklanacaq. Bu qadağan olunmuş məlumatların yayılmaısnın qarşısını almaqla bərabər, vətəndaşları daşıyacaqları məsuliyyətdən bir növ qurtarmağa xidmət edir. Yeni qanun layihəsini Dövlət Dumasına təqdim edən müəlliflər belə düşünür.
Macarıstan ukraynalılara verdiyi  pasportunu  geri alır
Macarıstan höküməti saxta sənədlə özünü etnik macar kimi təqdim edən ukraynalı Zakarpatya sakinlərinə verdiyi pasportları geri qaytarmaq məcburiyyətindədir. Bu haqda Obzor TV -nin efirində Zakarpatya vilayət dövlət administrasiyasının rəhbəri Gennadi Moskal deyib.

"İndi onlar birini verir, 20-30 digərini ləğv edir"-deyə o, əlavə edib ki, Macarıstan vətəndaşlığına dair qanunu pozan icra başçısı rəhbərlərinə qarşı məhkəmə araşdırması gedir.

Moskalın sözlərinə görə polislərə göstəriş verilib ki, macar dilində danışa və başa düşməyən insanların sənədləri geri alındı.

O onu da qeyd edib ki, "Macarıstan prezidentinin gündəliyi" mövcuddur və onun hər buraxılışında hansı insanların vətəndaşlığının ləğv olunması iki-üç səhifədə verilir.

Rəsmi Budapeşlə Kiyev arasında növbəti münaqişə 2018-ci ildə internetdə Macarıstan konsulluğunda ukraynalılara macar pasportu verilməsi ilə bağlı video yayımlanandan sonra gərginləşmişdi.

Yenises.ru
Müqayisə olunmayacaq ünvanın adı: Müəllim!
Müəllim- bizə şəkil verən Yaradanın işinə qarışmadan o şəkli anlamla yükləyən İNSANdan bir pillə yüksək Tanrıdan ayrıcalığını haqq edən MÖCÜZƏ kimi gördüyümdü. Valideynlərimdən sonra ilk dəfə danışdığım kəlmələrin şəkli olduğunu, düşündüyümün bir də sözlərə çevrilib yazıya töküldüynü anladandı. Fərqli bir dünyadan fərq yaratmaq üçün gələndi.
Fransa tarixində iki dəfə baş nazir olmuş  sabiq  prezident Jak Şirak vəfat edib
Bu haqa Frans Press agentliyi ailəsindən aldığı xəbərə istinadən məlumat verib. onun 86 yaşı vardı. Jak Şirak 1995-ci ildən 2017-ci ilə kimi ölkəyə başçılıq edib.

Fransa Milli yığıncağı sabiq liderin xatirəsini bir dəqiqəlik sükutla anıb. Jak Şirak ölkənin cənubunda dpğulub. Təhil aldıqdan və hərbi xidmət keçdikdən sonra siyasətə atılıb. Gənc yaşlarında kommunistlərə rəgbəti olub, sonradan sağçıların liderinə çevrilib.

Şarl de Qoll və Jorj Pompidin seçki kampaniyalarında böyük rol oynayıb. İkincinin zamanında kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərib.

Sonrakı prezident Jikar de Estenn zamanında baş nazir təyin edilib. Sonra onu oradan uzaqlaşıdırblar və da "Resublikaya yardım və birləşdirmə" müxalifət partiyasına rəhbər seçilib.

Rusiyada balkonda siqaret çəkmək yasaqlandı
Rusiyada balkonda siqaret çəkmək və kabab bişirmək qadağan olunur.

Rusiya höküməti yanğına qarşı qaydalarda dəyişiklik edərək evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə etməyin yasaqlanmasını qərara alıb. Bu haqda Rusiya Fövqəladə hallar nazirlyinin mətbuat xidmətinin xəbərində deyilir.

"RF höküməti yanğın təhlükəsizliyini təmin etməkdən ötrü bir neçə tələbləri nəzərə alıb. İndi evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə edilməsi qanunla qadağan olunur"-deyə məlumatda bildirilir. Beləliklə. rusiyalılar balkonda siqaret çəkə, kabab bişirə, hətta şam yandıra bilməyəcəklər.

Bununla yanaşı siqaret çəkmək üçün ayrılan xüsusi yerlərə bu şamil edilmir. Yeni qayda oktyabrın 1-dən qüvvəyə minəcək.

Yenises.ru
SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
Səddamın xatirələri işıq üzü görəcək
Yaxın zamanlarda 2006-cı ildə edam edilmiş İrak prezidenti Səddam Hüseyinin xatirələri işıq üzü görəcək. Səddamın böyük qızı Raqat kitabı şap etdirmək üçün nəşriyyat axtarır.


“Səddamın öz əli ilə yazdığı bir əlyazması var və biz onu çap etdirmək üçün nəşriyyat axtarırıq”-deyə vəkil Rahqa Haytam Nabil əl-Hapah deyib. Hazırda qadın İordaniyada sürgün həyatı yaşayır. Bir neçə səbəbdən o, keçmiş İrak prezidentinin əliylə yazdığı avtobioqrafiyanı tezliklə nəşr etdirmək istəyir.
Moskvada Məhəmməd peyğəmbəri təhqir edən jurnalist bıçaqlandı
“Exo” və “Mayak” radiolarının aparıcı jurnalisti Sergey Aslanyana bu gecə yaşadığı evin qarşısında 20 bıçaq zərbəsi vurublar. Yenises.ru-nin İTAR-TASS- istinadən verdiyi məlumata görə zərərçəkən xəstəxanaya çatdırılıb və həyatı təhlükəsi yoxdur.

“Naməlum şəxs axşam saatlarında Aslanyanın mobil telefonuna zəng edərək onu söhbətə çağırıb. Çertanovskiy küsəsində yaşayan jurnalist küçədə onun kimsəni gözləmədiyini görüb öz bloklarına girərkən naməlum biri ona çoxsaylı bıçaq zərbələri endirib”-deyə mənbə xəbər verir.
Moskvada icazəsiz “gey-parad”ı polislər  dağıtdı
Bu gün Moskvada şəhər duması qarşısında fəalların təşkil etdiyi “gey-parad” polislər tərəfindən dağıdılıb. Yenises.ru-nun yerli KİV-lərə istinadən verdiyi məlumara görə aksiyada 15 nəfər saxlanılıb.
“Gey-parad”ı təşkil edənlərin fikri Rusiyanın müxtəlif regionlarında qəbul edilmiş hoçoseksualzmin yetkinlik yaşına çatmayanlar arasında təbliginə qadağa qoyan qanunu muzakirə etmək imiş.

Paytaxt hökümətindən paradın keçirilməsinə icazə almaq mümkün olmayib. Lakin buna baxmayaraq, sosial azlıqda olanlar saat 13:00-da şəhər dumasının qarşısına toplaşmağa başlayıblar. OMON onları dagıdaraq 15 nəfərini məbhus maşınıa mindirərək aparıb.
Avroviziya qalibi Isveç oldu
İsveş mugənnisi "Eyforiya" mahnısı ilə Avroviziyanin qalibi oldu. 58 -ci Avroviziya yarışması gələn il İsevçdə keçiriləcək. Musabiqəyə ev sahibliyi edən Azərbaycan isə 4-cü yeri tutdu. Loreen bütün istirakçıları arxada qoyaraq mükafatı ölkəsinə apardı.
Zirəddin Rzayevin proqnozu doğru cıxdı

“2012-ci ildə ABŞ və Türkiyə terrorla baglı mübarizəni gücləndirməli və çox ehtiyatlı olmalıdırlar”. Bu proqnozu Zirəddin Rzayev ötən ilin əvvəllərində Rusiyanın ufoterra.ru saytına 2012-ci illə bağlı proqnozlar verəndə demişdi.

Bu gün Türkiyədə Kayseridə baş verən terror aktı tanınmış ekstrasensin proqnozunu doğrulduğunu göstərib.
Moskva metrosunda polisi bıçaqla yaraladılar
Moskva metrosunun “Paveletskiy” dairəvi xəttində polis bıçaq yarası alıb. Bu haqda DİN-nin rəsmi saytında məlumat verilir.

1975-ci il təvəllüdlü Penza sakini sərxoş vəziyyətdə metronun girişindən keçənlərə səbəbsiz yerə hücum edib. Sərnişinlər stansiyadan növbətçi polisi köməyə çağırıblar.
ABŞ-da  Rusiyadan olan ailənin bütün üzvləri  ölü tapıldı

Yenises.ru-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə ABŞ-ın Oreqan ştatının Salem şəhərindən olan Lazukinlər ailəsinin evdə cəsədləri tapılıb. Qətlin kimin və hansı səbəbdən törətdiyi məlum deyil.

27 yaşlı Nikolay Lazukin yaşadığı evdən 80 km aralıda yanmış avtomobildə, onun həyat yoldaşı Natalya və 3 üç uşağının isə evdə cəsədləri aşkar edilib. Verilən məlumata görə Nikolay , Natalya və 2 uşağı odlu silahdan aldıqları güllə yarasından ölüblər. Ola bilər Nikolayın bundan sonra özünü öldürub. Yeni doğulmuş Sefi Lazukin isə bogülaraq öldürülüb.
Avroviziyanın 2-ci finalçıları məlum oldu

Avroviziya 2012-nin ikinci finalçıları bəlli oldu.
Ikinci turda həyəcanlı anlar yaşandı. səsvermənin nəticələrinə görə bu turda Litva birinci, Bosniya-Hersoqovina ikinci, Serbiya üçüncü oldu.
Sonr Ukrayna, Isveç, Makedoniya, Norveç, Estoniya, Maltanın adı elan edildi.
Turkiyenin adı sonuncu çıxsa da finala düşməsi hamını sevindirdi.
Breyvikə dəlixana, yoxsa həbsxana?
Norveçli terrorçu Anders Breyvik deyib ki, əgər məhkəmə onun anlaqlı olması haqqında qərar versə, ittiham qərarından şikayət etməyəcək.

"Əgər mənim törədilmiş hadisəyə görə cinayət məsuliyyəti daşıdığımı elan etsələr, apelyasiya şikayəti verəcəyimə elə bir səbəb yoxdur”.
Dağıstanda dəmir yolunda partlayışa görə  qatarlar gecikir
Bir neçə sərnişin qatarı Daıistan dəmir yol xətti dagıldığına görə gecikir. Bu gün Moskva vaxtı ilə səhər saat 08:13 radələrində Açi-İzerbaş liniyasında yük qatarının patlayışı nəticəsində yol dağılıb. Bu xəttdə hərəkət dayandırılıb. Ölən və xəsarət alan yoxdur. Bir vaqon yoldan çıxıb. Qonşu yol bundan zərər görməyib. Hazırda güc strukturları hadisə yerində araşdırma aparırlar. Bundan sonra dəmiryolçular yolun təmir-bərpa işimə başlayacaqlar.

“Hazırda 313 nömrəli Bakı-Sankt-Peterburq qatari 1 saat 18 dəqiqə gecikir. Digər 373 nömrəli Bakı- Tümen və 56 sayli Moskva-Bakı qatarlarının da gecikəcəyi ehtimal olunur ”-Rusiya Dəmir Yolundan verilən məlumatda deyilir.

Yolun dağılmasına görə 6691 nömrəli Dərbənd-Maxaçqala yerli qatarının reysi ləğv olunub. 6695 Derbend-Maxaçqala qatarı İzerbaş stansiyasına qayatarılıb.
/Yenises.ru/
Kişi vertolyotdan paraşütsüz tullandı

Oksfordşir qraflığında yaşayan 42 yaşlı kişi öz şəhəri Xenlinin üzərində vertolyotdan paraşütsüz tullanıb. 730 km məsafə uçuşdan sonra o, rahatlıqla, əvvəlcədən 18000 karton qutudan düzəldilmiş yerin üzərinə düşüb.

"Bu çox gözəl və təkrarsız bir hiss idi. Əvvəlcə bir qədər hava məni silkələdi, amma sonra rahatca yerə endim" - deyə Konneri müsahibə verib.

Bu cəsur britaniyalının ilk tullanışı 23 yaşında hərbi qulluqda olarkən baş tutub.
Televizor  pultunun ixtiraçısı vəfat etdi
Frans Press agentliyinin verdiyi məlumata görə ilk televizor pultunun ixtiraçısı Amerikalı mühəndis Yujin Polli ömrünün 96 yaşında vəfat edib. O 1955-ci ildə televzoru məsafədən idarə etmək üçün ilk pultun yaradıcısı olub.

Mühəndis bazar günü Çikaqo xəstəxanasında dünyasını dəyişib.

Avropalılar Çinlilərin Rekordunu üstələdilər
Avropalılar Çinlilərin Rekordunu üstələdilər
Avropa alimləri kvant teleportasiyası üzrə Çin rekordunu yenilədilər.
Onlar, qarışıq fotonları La Palma və Tenerif adaları arasında (məsafə 143 km) ötürməyə nail oldular.

Bu haqda məlumat Kornel universitetinin saytındakı məqalədə işıalandırılıb.
Zirəddin Rzayev  açıqlama verdi
Zirəddin Rzayev açıqlama verdi
Əcəba,  mən hansı tərəfdə  olmalıyam?
Əcəba,mən hansı tərəfdə olmaliyam?
Anası türk, atası erməni olan orta məktəb şagirdi Klara Yetəroğlunun yazısı Əhməd Rasim mükafatını aldı, ABŞ-da Erməni saytları yazını manşetə cıxartdı.

ABŞ-da Erməni Soyqırım Araşdırma Mərkəzinin internet saytının manşetində bir yazı: “1915 il erməniləri” adlı bloqunda da eyni yazı. Və Türkiyə karışdı erməni saytında…Yazının sahibi Klara Yetəroğlu Erdil Koleji 8-ci sinif şagirdi
Jurnalsit, tarixmçi, bəstəkar Ahmet Rasimi gənc nəsillərə tanıtmaq, Ahmet Rasim adını yaşada bilmək niyyətiyə Darüşşafaqa litseyi bu il 5-ci dəfə yarışma keçirtdi. Yarışmada Klara Yetəroğlunun “Mənim adım Klara, soyadım Yetəroğlu. Sanıram bu hər şeyi açıqlayır” sətirləriylə başlanan yazısı birincilik kazandı.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru