Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerovoya getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Moskvada qasırğa gözlənilir
Rusiya Fövqəladə hallar nazirliyinin məlumatına görə mayın 1-də caat 16:00-dan 23:00 radələrinə kimi Moskvada güclü yağış yağacaq və saniyədə 12-17 metr sürətli şimal-şərq küləyi əsəcək.

Cоболезнования Поладу Бюльбюль оглы
Московские азербайджанцы выразили соболезнование Поладу Бюльбюль оглу по поводу смерти его матери.

Дорогой Полад Бюльбюль оглы!

С глубоким прискорбием узнали о невосполнимой утрате, понесенной Вами и Вашей семьей - уходом из жизни самого близкого для Вас человека – Вашей матери Аделаиды Мамедовой. В эти дни, когда вы испытываете тяжелую боль утраты наиболее близкого Вам человека - матери, искренне разделяем горе Вашей семьи и вместе с Вами склоняем голову в глубокой скорби.
Putin QƏLƏBƏnin 70 illiyi ilə bağlı  böyük amnistiya elan edəcək
Böyük Vətən Müharibəsində tarixi qələbənin 70 illik yubileyi ilə bağlı əfv haqqında qətnamə layihəsi Dövlət Dumasına baxılmağa gğndərilib. Bu fərmana görə hər 10 məhkumdan birinin əfv olunacağı gözlənilir.

RF prezidenti Vladimir Putin Dövlət Dumasına "1941-1945-ci illər arasında baş verən Bötük Vətən Müharibəsinin 70 illik yubileyi ilə bağlı amnistiya elan edilməsi haqqında" qətnamə layihəsi göndərib.
Tanınmış siyasətçi Boris Nemtsov Moskvanın mərkəzində öldürülüb
27 fevral gecə saatlarında Moskvanın mərkəzində Boris Nemtsovu güllələyiblər. Killerin ona ən azı 4 güllə vurduğu deyilir. Nemtsov hadisə yerindəcə keçinib.
Moskvada azərbaycanlı  gənclər Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
Moskvada bir qrup gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Rusiyada işləyib yaşayan aksiyaçı gənclər girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini, Ermənistanın Azərbaycana qarşı təxribatından əl çəkməsini və qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmasını tələb ediblər.
Volqoqrad Stalinqrad olmadı
Dövlət Duması Rusiya Kommunist partiyasının Volqoqradın adının dəyişdirilib Stalinqrad adlandırılması məsələsi ilə bağlı şəhər referendumu keçirilməsi və Moskvanın mərkəzində Stalinə heykəl qoyulması təklifini qəbul etməyib. Bu haqda RİA Novosti xəbər verib.
Nazarbayevin keçmiş kürəkəni  Avstriya  həbsxanasında özünü asıb
Qazaxıstan prezidentinin sabiq kürəkəni, Rahat Əliyev Avstriya həbsxanasında özünə qəsd edib. Bu haqda RİA Novosti məlumat verib.

Moskvada “Maydan ” “Antimaydan” la yad edilir
Ukrayna paytaxtında silah gücü ilə hakimiyyətin devrilməsinin ildönümünü Moskvada “Antimeydan” aksiyası ilə yad edirlər. Aksiya iştirakçıları “Maydanın 1 ili”, “Unutmayacağıq”, “Bağışlamayacağıq” şüarlarıyla küçəyə çıxıblar.

Azərbaycanlı jurnalist  Lavrovdan   Rusiyanın  niyə  vətəndaşı Dilqəm Əsgərovun taleyilə  maraqlanmadığını soruşdu
Bu gün RF xarici işlər nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında azərbaycanlı jurnalist Lavrovdan Dilqəm Əsgərovun taleyilə bağlı Azərbaycan tərəf üçün açıq olan suala cavab istəyib.
DEYİNGƏN  Hüznlü "yubileyə"  arxadan  zərbə
Xalqımızın başına gətirilən ən haqsız fəlakətin 25 illik “yubileyinə” ən yaramaz “hədiyyə” AzerRos deyilən birimin içərisində baş verən və bütün çirkablığı ilə qanlı yanvarın ildönümü ərəfəsində ortaya çıxan çəkişmələrdir. Ərazisində yaşadığım və taleyin hökmü ilə SSRİ dağılandan bəri vətəndaşı olduğum Rusiya ilə Ana vətənim Azərbaycan arasında mehriban qonşuluq, etibarlı dostluq münasibətləri ən vacib bildiyim ünsürlərdir və bu münasibətlərə kölgə sala biləcək addımlara hansı tərəfdən gəlməsindən asılı olmayaraq qətiyyətlə etiraz etmişəm. AzerRos deyilən birim bu münasibətlərin möhkəmlənməsi, inkişaf etməsi yönündə iş görməli olan yeganə legitim qurum mövqeyindədir. Əfsuslar olsun ki, bu həqiqətən tarixi, taleyüklü missiyanı yerinə yetirmək uzun illərdir ki, həmin birimin adı altında səriştəsiz, ambisiyası qabiliyyətlərindən qat-qat çox olan adamların əlindədir. Yarandığı gündən indiyədək birim Rusiyanın müxtəlif bölgələrində vicdanla çalışan, böyük nüfuz və uğurlar qazanan və Moskvaya böyük ümidlə baxan sadəlövh adamların səmimiyyətindən sui-istifadə etməklə məşğül olub. Fikrimin böhtan olduğunu düşünənlər bölgələrdən Moskvaya dəvət olunub aldadıldıqlarını görərək yığıncaqlarda qəzəblə çıxış edənlərin lent yazılarını internetdən tapa bilərlər.
Ramzan Kadırov Xodorkovskini şəxsi düşməni elan etdi
Xodorkovskinin Fransada baş verən terrora reaksiya verərək şəxsi Twitter səhifəsindən buna qarşılıq olaraq Məhəmməd peygəmbərin karikaturasını dərc etməyə səsləyən status paylaşıb.
Qroznıda hüquq müdafiəçilərinin  ofisi yandırıldı
Qroznıda banditizmə qarşı mübarizədə ölkə prezidentini dəstəkləyən mitinqdən sonra hüquq müdafiəçilərinin ofisi yandırılıb.

Qroznıda rusiyalı hüquq müdafiəçiləri mobil qrupunun ofisi naməlum səbəblərdən yanıb. Bu haqda “Memorial” hüquq müdafiəsi mərkəzinin başçısı Aleksandr Çerkasova istinadən İnterfaks agentliyi məlumat verib.

Qroznının mərkəzində atışma gedir: Ölənlər və yaralananlar var
Şəhər sakinləri sosial şəbəkələrdə Qroznının mərkəzində atışma getdiyi və atışmada 3 nəfər polis, bir nəfər isə sıravi şəxsin öldürüldüyü haqqında məlumat paylaşıblar.

Qroznının mərkəzində “Nəşriyyat evi”nin yanında güclü partlayış olub, atışma səsləri gəlir. Çeçenistan sakinlərinin sosial şəbəklərdə paylaşdığı məlumata görə dövlət patrul xidməti (DPX) avtomobili partlayıb. 3 nəfər polis, bir nəfər isə sıravi vətəndaş həlak olub. Yaralananlar var.
Moskvada  Səhiyyə  işçiləri yenə ayağa qalxdılar
Moskvada Həmkarlar ittifaqı səhiyyə işçilərini müdafiə edən mitinqə çıxıblar. Moskva üzrə DİN baş idarəsinin məlumatına görə aksiyada 1500 adam iştirak edir. Hər hansı bir insidentin qeydə alınmadığı deyilir.

Aksiya iştirakçılaır Sametoçni meydanında çıxış edərək Delaqatsk küçəsinin Durov küçəsi ilə kəsiməşinə kimi yürüş edərək, oradan da mitinqin keçiriləcəyi Olimpiya prospektinə keçiblər.
Prezident administrasiyasının başçısı Sergey İvanovun oğlu öldü
RF prezident administrasiyasının rəhbəri Sergey İvanovun oğlu Vneşekonombankın (VEB) sədr müavini Aleksandr İvanov Birləşmiş Ərəb Əmirliklərində çimərkən batıb. Müxtəlif KİV-ində bu haqda bir az əvvəl məlumat verilsə də xəbəri VEB-in mətbuat xidməti noyabrın 5-də rəsmi şəkildə təsdiqləyib. Bu barədə “Kommersant”-ın məlumatında deyilir.
Biryulovda 4 nəfərin qətli
Yenə Biryulov. Yenə Yakunin.

Bu gün Moskvanın cənubunda 4 nəfərin qətli ilə nəticələnən cinayət qeydə alınıb. Biryulovada Lipetsk küçəsi ev 4 ünvanında mənzillərin birində üzərində zor işlədilərək öldürülən 2 nəfərin meyidi tapılıb. Daha 2 nəfərin meyidi də qonşu mənzildə aşkar edilib.
«Domodedov» aeroportunda təyyarə asfalta  yapışıb
Moskva-Novosibirsk reysində uçmağa hazırlaşan təyyarənin təkərləri istidən ərimiş asflata yapışırıb. Reys 5 saat təxırə salınıb.

Bu gün Moskvada termometrin şkalası 30 dərəcəni keçib. Sinoptiklərin verdiyi məlumata yüksək dərəcəli istilər bu həftənin axırına qədər davam edəcək.

/Yenises.ru/
Telman Ismayılovun Kiprdəki hesabı donduruldu
Milyonçu borcunu qaytarmadığı üçün məhkəmə qarşısına çıxacaq

Maqneziya şirkətlər qrupundan faizli borc alan Telman İsmayılov pulu vaxtında ödəmədiyi üçün məhkəməyə verilib.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru