Hakkaridə polis bölməsinə kürd silahlılarının hücumu : 8 şəhid


Hakkaridə  polis bölməsinə kürd silahlılarının hücumu : 8 şəhid

Hakkari-Çükürca sossesində yerləşən hərbi polis bölis bolməsinə bir qrup PKK-lı 3 ayrı-ayrı istiqamətdən hücum edib. Hücum nəticəsində 8 türk hərbçisi şəhid olub. Yenises.ru0-nunu Türkiyə mediasına istinadən verdiyi xəbərə görə bundan əlavə davada 15 əsgər yaralanıb, 12 PKK-çı isə öldürülüb.

Hakkari valisi Orhan Alimoğlu PKK-çı terrorçularının hücumunda dinc əhali arasında da yaralananların olduğunu bildirib. Evləri polis idarəsinin yaxınlığında olan bir 6 nəfər sakin də yaralanıb. Yaralılar əsgər və sakinlər Hakkari Dövlət xəstəxanasına aparılıb.

Qarşıdurmanın qızğın anında bir “canlı bomba” olan terrorçu qadın polis idarəsi qarşısında özünü partladıb və orada olan bəzi əsgərlər yaralanıb.

Yaralıların yaxınları Hakkari xəstəxanasına axın edib. Polis qüvvələri həstəxanada asayişigücləndiriblər. Bölgədə PKK terrorçularına qarşı əməliyyat hələ davam edir.

Bu arada kürd hücumçuları tərəfindən oldürülən Er Metin Çevik adlı hərbçi polisin xidmətini bitirməsinə 15 gün qaldığı da aydın olub.

Allah Şəhidlərimizə rəhmət eləsin!

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir