Heydər Camal Türkiyədə baş verənlərin “rəngli inqilabın ” başlanğıcı olduğunu deyir


Heydər Camal   Türkiyədə baş verənlərin   “rəngli inqilabın ” başlanğıcı olduğunu deyir
Bu gün etirazçıların ekoloji şüarları siyasi şüarlarla əvəz olunub. Özlərini “Atatürk əsgərləri” adlandıran etirazçılar islamlaşmaya müharibə elan ediblər. İstanbuldan başlanan “rəngli inqilabın” alovu Ankara, İzmir və digər şəhərləri bürüyüb. Iki min adam saxlanılıb, onlarla yaralı var. Etirazçılar hakim Rəcəb Tayyib Ərdoğan partiyasının ofisini yandırıblar.

Hadisələri bu cür xarakterizə edən “Biznes-onlayn” qəzeti islamçı-alim Heydər Camalın bu məsələ ilə bağlı münasibətini öyrənib.

“Türkiyədə baş verənlər “rəngli inqilabın” başlanğıcıdır” fikrindən çıxış edən Heydər Camal “ Ərdoğanı öz hazırladığı yeməklə yedizdirmək istəyirlər”-deyə situasiyanı belə şərh edib.

“”Türkiyədə bu gün baş verənlər mənim fikrimcə, “rəngli inqilabın” növbəti versiyasıdır. Bu onun başlanğıc fazasıdır. Etirazların anti-islam xarakteri daşıdığı bəllidir. Inqilabın arxasında isə Cümhuriyyət Xalq Partiyası (CHP) dayanır. Bu aksiyaya məhz onlar dirijorluq edirlər. Müxalifət partiyası kütləni küçəyə çıxartmaq üçün rahat imkan axtarırıdı. Fakt ortadadır:Istanbulda başlanan hadisələr guya ki, Gəzi Parkında ağac kəsilməsinə və Taksim meydanında olan Atatürk mədəniyyət mərkəzinin uçurulub yerində Əyləncəli Ticarət mərkəzi tikilməsinə qarşı yönəlmişdi ki, birdən Ankaraya, İzmirə və digər şəhərlərə keçdi”. Heydər Camal belə izah edir.

Onun nöqteyi -nəzərincə “rəngli inqilabın” ştab-qərargahı özünü “kamalistlər” adlandıran Cümhuriyyət Xalq partiyasının əlindədir. O, qərb mətbuatının ironiya ilə “təşəbbüsü muxalifətin əlinə aldığından və Rəcəb Tayyib Ərdoğanı öz yeməyi ilə yedizdrəcəklərindən” yazdığına diqqət çəkib.

“Niyə Onu axı? Ona görə ki, Ərdoğan Təhrir meydanında etirazçıları dəstəkləyərək rejimi “avtoritar”, “ etirazı isə “alicənab addım” kimi dəyərləndirmişdi. İndi burada mövzu-bais o olanda üsyançılar “alicənab” deyil, adi dələdüz oldular”.

Meydanda hicablı qadınların görünmədiyini də müşahidəsinə daxil edən Heydər Camal, etirazçılar arasında hicablı qadın tapa bilməzsiniz. Mən birini gördüm, o da polislə çox mehribancasına danışırdı-deyib.

“Bütün bunları nəzərə alsaq, aydındır ki, dünyəvilər türk siyasi həyatına daxil olurlar və bu da Brüsseldən, Avropa Şurasından idarə olunur.

Niyə “təmiz liberallar” lümpenlərin marağına xidmət edirlər? İslam son dövrlər Türkiyə hakimiyyətində hansı yerdə dayanırdı? Bütün bunlar çox incə məsələlərdir, onu ancaq türklər anlar. Hökümətin “avroislam” və siaysi islam haqqında danışdıqları məlumdur… Müxalifət də danışanda bu ifadə və terminlərdən istifadə edir!”

Son zamanlar orada nə baş verib?-sualından yola çıxan şərhçi spirtli içkilərin satışında qısıtlar, (axşam saat 22:00-dan səhər saat 06:00 kimi satmaq olar) onun reklam olunmasının qadağan edilməsi kimi hökümət qərarlarını misal şəkib.“Bu qadağa kütləvi etiraza səbəb oldu. Amma faktiki “təmiz liberalların” lümpenlərin marağına köklənməsi nəyə xidmət edir. Liberalların spirtli içki həvəskarı olduqlarına inanmaq çətindir. Hər halda siyasətdə əhalinin bu qrupuna istiqamətlənmək ciddi təsir bağışlamır.

“”Götürsək ki, hakim partiya rəhbəri Ərdoğanın siyasətini Türkiyənin 60-65 faiz əhalisi dəstəkləyir, onun reytinqi də müxalifətinkindən qat-qat çoxdur, onda belə çıxır ki, o zaman müxalifət İslama qarşıdır? Amma Türkiyədə əhalinin böyük əksəriyyəti İslamı dəstəkləyir: kasıbından tutmuş orta həddə olanına kimi. Bu gün İstanbul və Ankara küçələrinə çıxanlar “şəhər xomyakları”dır. Mənim bildiyimə görə Türkiyədə əhalinin 80 faizi İslam dininə sitayiş edir.

O, bu gün küçədə olanların xalqın çox hissəsi olmadığını da qeyd edib. Konservativ qat çox sıxdır və ağır qalxar. Sadəcə şəhər liberalları sosial şəbəkələrdən aktiv istifadə edir, kütləni küçəyə sürükləyə bilirlər””. Heydər Camal dünyəvilərin etirazlarının çox davam etməyəcəyini də bildirib.

Türkiyədə olanlar Qərbin marağına xidmət etdiyinə nəzər yetirərək, birincisi, artıq Suriya müxalifəti effektsiz və lazımsız hərəkətverici qüvvəyə çevrildiyindən Qərbin yeni bir inqilab ocağını Türkiyədə çatmaq planını həyata keçirdiyini söyləyib.

İkincisi isə, Brüssel “müəssisəsinin”” Ərdoğana qarşı çıxaraq dünyəvilərə istiqamətləndiyini dilə gətirib. “”Diqqət edin, Avropa mediası türk etirazçılarının şüarlarından yapışaraq Avropa brendlərinin hökümətin yeni inşa edəcəyi ticarət mərkəzində görünməyəcəyi fikirini pasofla dilləndirir. Polisin qəddarlığını, etirazçıların dağıdılmasını vurğulayan Qərb –bütün bunlarla Ərdoğana qarşı oynayır, onun son 10 ildə dişi-dırnağı ilə əldə etdiyi Türkiyənin mövqeyini Avropa Şurasında laxladır”-deyə hadisələrə qiymət verib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir