Hikmət Elp: İstər Azərbaycan, İstər Türk diasporası olsun, soyqırım məsələlərini millətlərə qarşı yönələn və insanlığın dərdi kimi duyurması gərəkdir.


Mart ayının sonu İstanbulda olduğum günlərdə “31 mart Azərbaycanlılaırn soyqırımı günü”nə həsr olunmuş proqramı izlədim. Ulusal telekanalı “Özəl Gündəm” proqramın müəllifi, Tələt Paşa Komitəsinin yetkilisi dossent Cüneyit Akalın təəssüflə bu günə kimi Türkiyədə bu soyqırımla baglı bilgilərin olmadığını vurğulayırdı. Və arabir azəri kəlməsi deyib, sonra proqramın qonağı hörmətli Hikmət bəyin “azəri” kəlməsinə etiraz etdiyini vurğulayaraq, “azərbaycanlı” ifadəsini işlədirdi. Qonaq isə tanıdığımız -İstanbul Azərbaycan Kültür evinin rəhbəri Hikmət Elp idi.

Hikmət bəy, Sizinlə İstanbulda görüşümüz 31 Mart Dünya Azərbaycanlılarının soyqırımı gününə təsaduf etdi. “Ulusal” telekanalın verilişi bütövlökdə Azərbaycanın soyqırım tarixinə həsr olunmuşdu. O proqramda da deyildiyi kimi bu Türkiyədə bir ilk idimi?

-Bəli. 31 mart Günü Türkiyənin “Ulusal” telekanalında “Dünya Azərbaycanlılarının Soyqırımı Günü” adına bir proqram gerçəkləşdirildi və mən də o proqramın qonağı olmuşdum. Təəssüf ki, Azərbaycandakı soyqırımdan Türkiyədəki millətimizin xəbəri yoxdur. Bu məsələni mən hallandırdığım zaman heyrətləndilər və Ulusal kalanının “Özəl gündəm” siyasi proqramının aparıcısı Tələt Paşa Komitəsinin sözcüsü dosent Cüneyt Akalın mənə təklif etdi ki, onunla birlikdə bu mövzunu gündəmə gətirək. Təbii ki, mən də razılaşdım və o proqramda azərbaycanlıların soyqırıma məruz qalması, Qarabağ tarixi, Xocalı faciələri haqqında dəlillərə söykənən fikirlər səsləndirib, maraqlı müzakirələr etdik.

Bu günə kimi hətta qardaş Türkiyədə belə soyqırım tariximizin tanıdılması və təbliğində yubanmağımızın səbəbi nədir? Kim bizə mane olub…?

Mən bu sualın cavabını belə vermək istəyirəm ki, əvvəla özümüz bundan məsuluq. Türkiyədə yaşayan azərbaycanlılarımız bu məsələni qaldırmayaraq həm Türkiyənin, həm də dünyanın diqqətini bu məsələyə çəkməyiblər. Təbii ki, bunda Sovet sisteminin bu məsələni qapatmağının da böyük payı var. Elə Azərbaycanın özündə yaşayanlarımızın da bu məsələ haqqında kifayət qədər bilgi və məlumatı olmayıb. Olanlar da bunu hallandırmağa imkan, ya cəsarət tapmayıblar.

Ermənilərin soyqırım məsələsi Avropa parlamenti və eləcə də ayrı-ayrı ölkələrin parlamentlərinin gündəliyinə salinib müzakirə edilir. Qondarma 24 aprel ərəfəsində Roma Papasının onu taniması da bu “tanınma” prosəsinə təkan verdi. Sizcə, etiraf etmək nə qədər acı olsa da, bu məhz erməni lobbisinin məqsədyönlü fəaliyyətinin nəticəsi deyilmi?

Burda Avropanın və imperialist güclərin öz maraqları var. Ona görə də vasitə olaraq ermənilərdən istifadə edirlər. Erməni diasporu da bir yandan bu məsələ üzərindən maddi cəhətdən böyük imkanlar əldə edir. Ona görə də bu məsələni əsla sonlanmasını istəmirlər.

Mən bu barədə bundan iki il əvvəl “Durmamaliyiq”” adlı məqalə ilə çıxış etmişdim. Ondan sitat gətirərək, eyniylə yenə təkrar etmək istəyirəm. “Yüz ildir, hey məzlumları oynayan bu toplum, bu gün də eyni oyunu davam etditməyə çalışmaqdadır. Oysa bu gün əlaqənin bu qədər güçlü olduğu bir zamanda, bizim də etməli oldugumuz şeylər var. Biz bunlari edə bilirsək, cavabdehliklərimizi yerinə yetirə bilirsək, o zaman hər şey aydinliğa çikacaqdır. Kimin məzlum, kimin satqın, kimin xain, kimin acimasiz qətliamlar etdiyi görünəcək. D u y a r l i y ü r ə k l ə r ə… d u r m a m a l i y i z ”.

-Hikmət bəy, bilrisiniz, Azərbaycanın “Xocalı soyqırımı” adlı yaxın qanlı tarixi var ki, bu gün bu sahədə “”Xocalıya ədalət”” hərəkatı durmasa və mütəşəkkil şəkildə bunu bütün gücüylə dünyaya duyursa da, ermənilərin tanitma prosəsi qarşısında yenə 3:1 məğlub durumdayıq. Bu rəqəm ümumiləşmiş olaraq- onların “”qondarma soyqırımını”” tanıyanlarla bizim əsl qırğınımızı tanıyanların nisbətidir…

-Nə yazık ki, Xocalı soyqırımı XXI əsrdə baş verən və dünyanın gözü qabağında olan bir hadisədir. Yenə burda dünya öz maraqlarından çıxış edərək, görmək istədiyini görür, istəmədiyini görmür. Bunun ən birinci səbəbi də bizim güçlərimizi bir yerə qoya bilmədiyimizdəndir. İstər Azərbaycan diasporu olsun, istər Türkiyə diasporu olsun, bu məsələləri millətlərə qarşı yönələn və insanlığın dərdi kimi duyurması gərəkdir. Biz bunu edə bilmirik. Bunu yaşam tərzimizə daxil edib və özümüzün həyat fəlsəfəmizə çevirməliyik. Hər aldığımız nəfəsdə, millətimizin qayğılarını göz önündə tutmalıyıq.

Qarabağda törədilənlərlə əslinda sözdə Anadoluda törədilənlərin intiqamını aldıqlarını dilə gətirirlər. Bu törədilənlərin bütün türkçülüyə qarşı olduğunu anlatmaliyiq . Xocalida 200 illik bir oyunun son pərdəsini seyr etmiş olduğumuzu anlatmaliyiq . O tarixi dönəmi araşdırdığımız zaman görürük ki, 200 ildir bu oyunun “peşkaları” olan ermənilərin ən hümanisti, ən qlobal düşünəni belə milli kimliyindən əsla vaz keçməməkdədir.

Dünya qondarma nağıla qulaq asır və bu sira təəssüf ki, genişlənir. Bəs “24 aprel tarixinə etiraz olaraq Sizin diasporun bir proqramı varmı?

Bəli, bu günlərdə Erməni Diasporu Türkiyədə “”Yalan Soyqırım”” barədə bir sıra proqramlar aparmaqla məşquldu, bizlər də onlara qarşı 24 apreldə-(bu gün) bir neçə tədbir hazırlığındayıq. Tədbirlərimizi Tələt Paşa Komitəsı, Atatürkçü Düşüncə Dərnəyi, Cumhuriyyət Qadınları Təşkilatı ilə bir yerdə Azərbaycan Kültür Evi olaraq bizlərində iştirakı ilə Taksimdə yürüyüş tədbirləri keçirəcək və sonra Mətbuat açıqlaması səsləndirəcəyik.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir