Hindistan prezidentini seçdi


Hindistan prezidentini seçdi
Hindistanın yeni prezidenti keçmiş maaliyyə naziri Pranab Muherci oldu. Bu haqda Hindistan mətbuatı xəbər verib. Səslərin sayı hələ hesablanıb bitməsə də, nəticədə dəyişiklik olmayacaq -deyə “The Times of İndia” məlumat verib.

Sayılan səsvermə bülletenlərinin dörddən birinin hesabına görə Muherci seçicilərin yarıdan çoxunun səsini qazanıb. Rəsmi nəticə bu gün axşam saatlarında elan ediləcək.

Muherci ilə yanaşı dövlət başçısı seçkiləri uğrunda parlamentin keçmiş sədri Purno Agitok Sanqma da mübarizə aparırdı.

Muherci əvvəllər xarici içlər naziri, müdafə naziri və maaliyyə naziri vəzifələrində çalışıb. Bəzi analiktklər Muhercinin onun rəqiblərindən daha aktiv namizəd olduğunu bildirirlər. Onlar 76 yaşlı siyasətçinin parlamanet və iqtisadi böhran problemlərini çözəcəyinə ümid edirlər.

Muharci maaliyyə naziri olan zaman onu Hindistanın iqtisadi siyasətini pis idarə etməkdə günahlandırırdılar.

Hindistan prezidentini parlamentin hər iki palatasının seçiciləri və bir neçə ştatın qanunverici orqanlarının nümayəndələri seçirlər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir