Hollandiya kralı dünya qəzetlərinin manşetində


Hollandiya kralı dünya qəzetlərinin manşetində
Kraliça Beatriksin Hollandiya kraliçalığından imtina etməsi, Villem-Aleksandrın taxta çıxması və ümumilikdə müasir monarxiya- bütün bunlar düyna qəzetlərinin birinci səhifəsinə çıxarılıb. Qəzetlər yeni kral haqqında nələri yazır?

Alman qəzeti “Deutsche Welle” sükanı yeni monarxın əlinə verilən ölkənin tarixinin necə inkişaf edəcəyini müzakirə edir. Villem-Aleksandrın anasından daha müasir olduğunu irəli sürür. Qəzet yazır ki, Villem Aleksandr onun IV Vilhelm adlandırılmasından imtina edərək hər hansı bir nömrəni daşımayacağını bəyan edib. O, IV Vilhelm kimi ancaq tarixçilər üçün qalacaq.

“Deutsche Welle” qəzeti kralın ailəsində bundan sonra estafet kimin əlinə keçəcəyindən də yazır. Mərasim 9 yaşlı Katarina Amaliya atasından hakimiyyətdə nə zamanacan qalacağını düşündüyünü sual edib. O da zarafatla bunun dövlət sirri olduğunu deyib.

Britaniya qəzeti “The Guardian” öz məqaləsində ingilis monarxına hollandca öyrənmyi tövsiyyə edib. Hollandiyada krallar xalqına daha yaxındırlar, onlar ənənəvi atributlardan imtina ediblər – tac və kral əsası rəflərdə tozlanır. Bir fərqlilik də taxtdan imtina etməkdir-deyə qəzet yazır. Böyük Briyaniyada öz istəyi ilə hakimiyyəti verməyi gözləməyə dəyməz.

Bu mövzunu “The New York Times” belə davam etdirir. Britaniya kral ailəsindən fərqli olaraq Hollandiya monarxları daha az formaldırlar. Onlar xeyirxah və açıq ruhlu hollandlılara uyğun ahəngdə yaşayırlar. Beatriks bəyan edib ki, gedir və yerini gənc nəslə verir. Britaniyada monarxlar belə güzəştlər etmirlər, yazır qəzet.

“Time” mərasimin detallarına toxunaraq bayramın masştabına diqqət yetirir. Iki şeyin diqqət çəkdiyi göstərir: birincisi, hollandların böyük əksəriyyəti monarxiyanın qayğısına qalaraq onun lehinədir. Sosial rəy sorğularına istinadən ölkə əhalisinin dörddə üçü krallığı təqdir etdiyi deyilir. İkincisi: monarxıya o qədər də nüfuzlu şey deyil ki, verən tərəfdən düşmənçilik yaratsın. Monarxın səlahiyyətləri getdikcə azalır, indi kralın işi sadəcə nümayişkaranədir: ölkənin baş komandanı lent kəsmək və insanlar qarşısında çıxış etməkdən ibarətdir.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir