Samara vilayəti  Azərbaycanlıları Liqasından   koronovirusla mübarizə tədbirlərinə dəstək
Samarada hökümət orqanlarının COVİD-19-la mübarizə və təhlükəsizlik tədbirlərində birbaşa iştirak etmək məqsədiylə Azэrbaycan diaspor təşkilatı qərargah yaratdı.

Bütün dünyanı “ağuşuna” alımış, əsrin ən qlobal bəlası olan COVİD-19 vurusunun yayılmasının qarşısını almaqdan ötrü ölkə bütünlükdə səfərbər olub. Səhiyyə işçilərinin əməyini yüngülləşdirmək, insanların virusdan qorunması və özünü izolə məqsədiylə sabahdan Rusiyada komendat saatının tətbiq edilməsi gözlənilir. Bu tarixi situasiyada müşahidəçi qalmamaqdan ötrəri Samara vilayəti Azərbaycanlılaır Liqası virusla mübarizə kompaniyasına dəstək üçün xüsusi Qərargah yaradıblar.
Məcburi köçkün Şəfiqə nənə yaşlılara qayğısından dolayı Mehriban xanıma  təşəkkür etdi
[i]Nənə minnətdarlığı. Əslində sosial şəbəkələrdə Azərbaycanda COVİD-19-la mübarizə tədbirləri ilə bağlı fərqli fikirlər səslənir. Təqdiri tənqidinə qarışan bu məlumatlar sırasında çox sevdiyim yaşlı bir nənənin dediklərinə biganə qala bilmədim. Zəngilandan məcburi köçkün düşən (bu arada yardım qaçqınlara verilir-deyə sual verəndə, qaçqın yox, köçkünəm mən-dedi- red. T.V) Şəfiqə nənə -"mənə və timsalımda bu günlərdə yaşlılara xüsusi qayğı və diqqətini əsirgəməyən prezidentə və xanımına təşəkkürümün çatdırılmasını istərəm"-dedi.
RUSİYADA ÜMUMTƏHSİL OCAQIARI BAĞLANIR-
Koronavirusun yayılması təhlükəsi üzündən Rusiya məktəblərində tətil martın 23-dən 12-dək elan ediləcək. Bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov regional təhsil şöbələri ilə koordinasiya və qarşılıqlı işçi qrupunun ilk iclasında çıxışı zamanı deyib.


"23 martdan (Bazar ertəsi )- aprelin 12nə qədər məktəblərdə tətil elan ediləcək. Eyni zamanda, məktəblilər üçün məsafədən (distansiya) təhsilin təşkili üçün dəstək veriləcək- deyə onun sözlərindən RİA Novosti sitat gətirib.

Bundan əlavə, Rosobrnadzor rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Anzor Muzayev Vahid Dövlət İmtahanının EQE ) erkən keçirilməsi ən əsas məsələ olaraq vurğulanıb. Sifariş Rusiya Ədliyyə Nazirliyinə göndərildi. Martın 18-də təsdiqlənib bölgələrə göndəriləcəyi gözlənilir.

YENİSES.RU
Rusiya Belorusiya ilə sərhəddini qismən bağlayır
Koronovirusun yayəlması fonunda Rusiya Belorusiya ilə sərhəddini qismın bağlamağı qərara alıb. Bu barədə martın 16-da RF baş naziri Mixail Mişustin hökümətin opertiv yığıncağında bəyan eidb.

"Biz insanların yerləşdirirlməsi üçün Belorusiya ilə sərhədləri bağlamağı qərara aldıq və digər təhükəsizlik addımları atdıq. Bundan sonra da ilk növbədə koronovirusun kütləvi şəkildə yayılmaması, ölkəmizi yeni təhlükələrdən qorumaq və onun qarşısını almaq üçün mümkün tədbirlər həayata keçirməyə davam edəcəyik"-deyə baş nazirin sözlərindən TASS sitat gətirib.

Nairlər kabinetinin başçısı onu da bəyan edib ki, yaxın günlərdə ölkədə vəziyyətin inkişafı barədə vətəndaşların davamlı məlumatlandərəlmasından ötəri onlayn bildiriş sistemi qurulacaq.



YENİSES.RU
Rusiyada düyü, çəltik və konserv məhsullarına tələbat artıb
Koronovirus təhlükəsi Rusiyada insanları ərzaq ehtiyatı toplamağa başladıb. Lakin ərzaq qıtlığı olmayacağı da deyilir. Baxmayaraq ki, ayrı-ayrı yerlərdə insanlar vitrinləri boşaldırlar...)) Marketlərdən gələn xəbərlər isə fərqidir.
Piterdə Konstitusiya dəyişilkliyi əleyhinə piketdə 20-yə yaxın adam saxlanılıb
Senat meydanında yerləşən Konstitusiya Məhkəsməsinin qarşısında Konstitusiya dəyişikliyi əleyhinə çıxan 22 nəfər piket iştirakçısı polislər tərəfindən saxlanılıb.

Bir müddət əvvəl həmin yerdə "Otkrıtaya Rossiya" ictimai təşkilatının sədri Anastasiya Brakov və aktivist Andrey Davıdov Konstitusiya Məhkəməsi önünə gül qoyduqları üçün tutulmuşdular.

Xatırladaq ki, martın 14-də RF prezidenti Vladimir Putin özünün təklif etdiyi Konstitusiya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Söhbət bu qanunda ediləcək 46 dəyşiklikdən, o cümlədən Putinin prezidentlik müddətinin sıfırlanmasından gedir.


YENİSES.RU
Dərbənddə aksiyaçılar qədim məscidin qapısını sındırıblar
Dərbənd sakinləri icazəsiz aksiya zamanı Rusiyanın ən qədim Cümə məscidinin qapılarını sındırıblar. Bu haqda şəhər administrasiyasından məlumat verilir.

Mitinq Dərbənd Muzey-Qoruğunun rəhbərliyi tərəfindən muzeydə işləyirmiş kimi göstərilən lakin işə gəlməyən işçilərin işdən çıxarılmasına etiaz olaraq keçirilib. Muzeyin direktoru Viktor Çesnokov mitinqçilərin qarşısına çıxaraq onlara nə baş verdiyini izah etməyə çalışdı. Ancaq mitinqçilər buna məhəl qoymayaraq daha da qəzəblənib və millətçi şüarlar səsləndiriblər.
ПОСЛЕ НЕГО ОСТАНЕТСЯ МОРЕ…
К 80-и летию Вагифа Самедоглы

Мы часто слышим: На детях великих людей природа отдыхает.

В действительности нет такого природного закона.

Существует множество династий, где потомки даже талантливее предков. Есть музыкальные и писательские династии… Томас Манн, его брат Генрих Манн, и их дети. А Элизабет Манн Боргезе? Природа наделила ее способностями сразу в нескольких областях. Алексанр Дюма отец и Александр Дюма сын, Валентин и Павел Катаевы, Виктор и Денис Драгунские…

Если перенестись в Азербайджан, то один из ярких примеров – Народные поэты Азербайджана Расул Рза, Нигяр Рафибейли и их сын – народный писатель Азербайджана Анар…
MİŞUSTİN POLŞA VƏ NORVEÇLƏ SƏRHƏDLƏRİ BAĞLAYIR

RF höküməti Polşa və Norveçlə quru sərhədlərini bağlamağa qərar verdi. Səbəb dünyanı dolaşan bəla -koronovirusla bağlıdır. Baş nazir bu barədə tapşırıq verib. Rusiaynın Norveç və Polşa arasında quru yolu ilə olan keçid sərhədləri sabah-aprelin 15-dən qapanacaq. STOP!

Rusiyanın baş naziri Mixail Mişustin xarici vətəndaşalırn Polşa və Norveçdən keçməsini dayandırmaq haqqında tapşırıq verib. Məlumat bu gün hökümətin saytında dərc olunub.
PUTİN KONSTİTUSİYA DƏYİŞİKLƏRİ QANUNUNU İMZALADI


Rusiya aprelin 22-də referenduma gedir... Putin bu qanunu imzaladı... Konstitusiya qanunu dəyişəcək. Sıfır nöqtəsinə gəldik...

Rusiya prezidenti Vladimir Putin konstitusiya dəyişiklikləri haqqında qanunu imzalayıb. Sənəd rəsmi məlumatlar portalında dərc olunub.

Bundan əvvəl, martın 14-də Federasiya Şurası növbədənkənar plenar iclasda Konstitusiyaya dəyişikliklər haqqında qanunun regional parlamentlərdə baxılmasının nəticələrinə dair qərar qəbul etmişdir.
Moskvada  polis şöbəsinin  müdiri meyitxanada meyitlərlə fotosessiyaya çəkildiyi üçün işdən çıxarıldı
 Daxili İşlər Nazirliyinin Moskva Şukino rayonu üzrə cinayət-axtarış şöbəsinin müdiri və tabeliyindəkilər meyitxanada cəsədləri ilə birlikdə fotoşəkillər çəkdirdikləri üçün polisdən qovulublar. Bu haqda İnterfaks agentliyinə Daxili İşlər Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vladimir Vasenin məlumat verib.

Onun sözlərinə görə, polis mayoru Vyaçeslav Gorneyevin və bu şöbənin baş polkovnik-leytenantı Tatyana Pulrışevanın cəsədlərin fonunda çəkdiyi foto Daxili İşlər Nazirliyinin Mərkəzi İdarəsinin daxili təhlükəsizlik şöbəsi tərəfindən aşkarlanıb. Mövcud məlumata görə, fotoşəkil Moskva xəstəxanalarının birinin patoloji şöbəsində çəkilib.

Xidməti yoxlamaların nəticələrinə görə, Gorneev və tabeçiliyində olan şəxslər daxili işlər orqanlarının işçisinin şərəfini ləkələyən qanunsuzluğa görə işdən azad ediliblər. Bundan əlavə, Moskvanın Şimal-Qərb İnzibati Dairəsində Daxili İşlər Müdirliyinin icra heyətinin bir sıra vəzifəli şəxsləri "kadr işindəki nöqsanlara" görə intizam məsuliyyətinə cəlb olunublar.

YENİSES.RU
İrandan  vətəninə gedən qırğızları  Rusiyada maşından çıxmağa qoymurlar
Qırğızıstan hakimiyyəti Rusiyadan koronavirus epidemiyasının yüksək həddində olan İranda qalan qırğızlara kömək istədi. Onlar Rusiya vasitəsilə vətənə qayıtmaq istəyirlər, lakin martın əvvəlində ölkəmiz xaricilərin İrandan gəlməsinə qadağa qoyub. Yoxsul yoldaşların taleyi hökumətin baş nazirinin müavini Tatyana Golikovanın rəhbərlik etdiyi Coronavirus Əməliyyat Qərargahının iclasında iclasda qərar veriləcək.

Nəticədə yığıncaqda belə bir qərar verildi: qırğızlara İrandan Rusiya yolu ilə ölkəsinə keçməyə icazə alındı, ancaq yollarda mühafizə dəstəsi müşayiət edəcək. Bundan əlavə, onlara bütün səyahət boyu avtomobillərdən çıxmaq qadağan ediləcək:

YENİSES.RU
Putin miqrasiya qanunvericiliyinin yenilənəcəyini elan etdi
Rusiya prezidenti Vladimir Putin, miqrasiya qanunununda reformalar edilməsi ilə bağlı göstəriş verib. Bu barədə Kremlin rəsmi saytında deyilir. Bu təlimatlar 2019 - 2025-ci illər üçün dövlət miqrasiya siyasətinin Konsepsiyasına aiddir.

Yaşayış icazəsi xarici vətəndaşa Rusiya vətəndaşlığına müraciət etmək hüququnu verən əsas sənəd olacaq. Bu müvəqqəti yaşayış icazəsi sənədinə şamil edilmir. Artıq müvəqqəti yaşayəş icazəsi almaq bu prosedurdan çıxarılacaq.
"Survivor- Panorama"da  Pərviz Abdullayevdən danışdılar
"Azərbaycanlı Pərviz Abdullayev Survivor yarışması tarixində ən karyeralı idmançıdır" . Türkiyənin bu yarışma proqramının iştirakçısı Pərviz haqqında xoş sözlər söylənildi.

Survivor Panorama'da danışan Sema Aydemir ünlüler komandasında səssiz və sakit şəkildə irəliləyən yarışmacısı Pərviz Abdulbayev ile bağlı önəmli açıqlama v
erib.

Pərvizın yarışmalarda göstərdiyi nəticə çokx yaxşıdır. Pərvizin belə bir durumu da var, o profesisonal bir idmançıdır. Onun haqqında bir neçə nəfərdən soruşdum. Bu ana qədər Survivor'a gelmiş- geçmiş en kariyerli kick boks dövüşçüsüymüş. Bundan əvvəlllər də ətrafında çox sayda heyranları olan biridir. Yunus Emre Pərviz haqda- onun heyranıyam demişdi. Amma onun professionallığından istifadə etmirlər.

YENİSES.RU
Suriya ilə bağlı  Rusiya və Türkiyə  memorandum imzaladı
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı münaqişənin həlli üçün ortaq bir memorandum üzərində razılığa gəldilər. Təxminən altı saat davam edən danışıqlardan sonra cənab Putin razılaşmaya əsasən vilayətdəki hərbi əməliyyatlara son qoyacağına ümid etdiyini bildirdi. Sənədə əsasən, martın 6-sı gecə yarısından etibarən İdlibdə atəşkəs rejimi tətbiq ediləcək.

Memorandumun müddəaları iki ölkənin Xarici İşlər Nazirləri tərəfindən açıqlandı:

martın 6-da anlaşmanın başlanması ilə bütün təmas xətti boyu atəşkəs;

Suriyanın şimalında (şimaldan 6 km və 6km - Latakiya və Hələbi birləşdirən M4 magistral yolunun cənubunda) bir təhlükəsizlik dəhlizi qurulur;
martın 15-dən etibarən Rusiya və Türkiyə hərbçiləri M4 avtomobil yolu sahəsində birgə patrul xidmətinə başlayacaqlar.

Rusiya prezidentinin sözlərinə görə, Türkiyə ilə danışıqlar asan deyildi, lakin "müsbət" başa çatdı. “Əldə etdiyimiz kitərəfli münasibətlərin yüksək səviyyəsinə əsaslanaraq, bu günə qədər yaranmış mübahisəli məsələlərdə ortaq yol tapıb məsələni müsbət həll etdik. Bu dəfə də belə oldu ”dedi. Dövlət başçıları münaqişənin hərbi həllinin olmadığı barədə razılığa gəldilər.


Cənab Ərdoğan qeyd etdi ki, martın 5-dən 6-na keçən gecə İdlibdə atəşkəs rejimi tətbiq ediləcək və bundan sonra "növbəti addımlar" razılaşdırılacaq. Türkiyə prezidenti əlavə etdi ki, Ankara Suriya hökumət qüvvələrinin hərəkətlərinə reaksiya vermək hüququnu özündə saxlayır. Türkiyənin bu məsələdə Rusiya ilə əlaqə quracağına da söz verdi. "Bu müddətdə əziz dostumla əlaqə saxlayacağıq və müvafiq səlahiyyətlil orqanlarımız da əlaqə qurmağa davam edəcək" dedi cənab Ərdoğan.

Bundan əlavə, Türkiyə Rusiya ilə razılaşmaya əsasən İdlibə əlavə qüvvələr göndərib, orada müşahidə postları qurulub. “Bu müşahidəçi məntəqələri əraziyə nəzarət etmək üçün deyil, yanlız atəşkəs rejiminə nəzarət etməkdə mükəlləfiyyətlidirlər. Bir müddət biz Rusiya ilə regionun sabitliyi üçün ora əlavə qüvvələr göndərmək barədə razılığa gəldik "-dedi. Bundan əlavə, prezidentlər qaçqınların Suriyanın şimalına qaçqınların qaytarılmasını asanlaşdırmaq barədə razılığa gəliblər.

Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi ilə əlaqədar olaraq Vladimir Putini Türkiyəyə dəvət etdi. O qeyd edib ki, Ankara Moskva ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığı davam etdirmək istəyir.

YENİSES.RU
Putin Ərdoğanla anlaşmadan danışdı

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı Suriyada vvəziyyəti nizama salınması ilə bağlı razıılığa gəldiklərini bəyan edib.

Putin, razılaşma protokolunun detallarını Rusiya və Türkiyə XİN başçılarının açıqlayacağını xəbər verib.

"Biz Suriyada baş verənlər mövzusunda heç də hər zaman türkiyəli həmkarlarımızla razılaşmırıq, lakin hər zaman bir kəsişmə nöqtəsi tapırıq ki, bu dəfə də belə oldu" -deyə Putin qeyd edib.

Rusiya lideri həmçinin Türkiyə prezidentinə Moskvaya gəldiyi üçün təşəkkürünü bildirib.

YENİSES.RU

Putin və Ərdoğan görüşməsi 5 saat 40 dəqiqə sürüb
Dünyanın da nəfəsini tutaraq maraqla gpzlədiyi Rusiya və Türkiyə prezidentlərinin Moskva danışıqları başa çatıb. Anadolu agentliyinin verdiyi məlumata görə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 5 saat 40 dəqiqə davam edib. Əvvəlcə cənab Putin və Ərdoğan "üzbəüz" ünsiyyətdə olublar. Ardınca nümayəndə heyətinin üzvlərinin iştirakı ilə müzakirələr davam edib. Görüşdə Suriyanın İdlibində baş verənlərdən danışılıb.


Bu görüşə qədər Moskva və Ankarada ekspertlər səviyyəsində iki ölkə arasında üç dəfə danışıqlar aparılmış, lakin heç bir nəticəyə varılmamışdı. Həmçinin prezidentlər münaqişənin genişlənməsini telefonla müzakirə etmişdilər.

YENİSES.RU
Türkiyəli boksçu  "Survivor-2020" yarışmasının qalibi azərbaycanlı Pərviz  ola bilər dedi
"Survivor 2016" çempionu ‘Avatar’ ləqəbi ilə tanınan türk boksçu Çağan Atakan Arslan ötən günlərdə İsyanbulda keçirilən yarışmada Fransız rəqibini mğlub etmiş və qələbəsini şəhidlərə, onlarn ailəsinə ərməğan etdiyini söyləmişdi.
Tarix : 14-02-2020, 20:08
"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV
Ən böyük azarkeşi anası, dəstəkçisi isə dayısıdır!

Oğlanlarla güləşən azərbaycanlı Xanım güləşçi bu gün çempiondur. Rusiyanı təmsilən adını Avropa çempionu siyahısına yazdırıb.

Dörd dəfə Dünya çempionu, 3 dəfə Avropa çempionu, iki dəfə Rusiya çempionu və Rusiya kubokunun sahibi olub. Butun bu yüksək titulları yeniyetmə yaşlarında qazanıb. Tatamidə onunla döyüşə çıxan qadın yarışmaçılar arasında qarşıdurma başlamadan oyunu tərk edənlər də olub.

Sibir İdman və Turizm Universitetinin 2-ci kurs tələbəsidir. İdman karyerasının hələ birinci pilləsindədir. Yarışmalarda da hər zaman qələbə kürsüsündə yer almağı məsuliyyət bilir.
"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV


Azərbaycanlı adı, soyadına bənzər birinin uğur qazandığını görəndə ilk suallar "görəsən, bizimkilərdəndirmi və hardandır, kimdir"- olur.

1999-cü ildə Krasnoyarsk şəhərində doğulub. Və əslən Tovuz rayonundandır. Hələ hekayəsinin başlanğıcında olduğunu düşünürsünüzsə... bir az bizə yaxın oturun. Və onun irəlidə yazacağı qələbə dastanına qədər keçən hekayəsinə qulaq asın.

Bir zamanlar doğulduğu Karsnoyarsk şəhərində keçirilən “Yarıgin” güləş turnirinə baxmağa gedəndə başlayan həyəcanın gələcəyini müəyyən edəcəyi ağlına da gəlməyib. O zaman hələ kiçikdi. Tam 6 yaşında.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

O zamana kimi isə... Anası uşaq baxçasında balet rəqsi qrupuna yazdırır. Amma... Bu qız balet oynamaq deyil, güləşmək istəyirdi...

Əslində bütün yarışlarda rəqiblərini böyük hesabla udan, uduzduğu qarşıdurmalarda isə (özündən böyük yaşlılar və oğlanlarla yarışdığından) kiçik xal fərqi ilə uduzan güləşçi ruhlu bu qızın həyatla savaşı 4 yaşında olanda başlayıb.

Rusların özününkiləşdirərək “Bizim Xanım” dediyi 21 yaşlı həmyerlimiz dünən- fevralın 13-də İtaliyanın Roma şəhərində keçirilən 68 kq çəki dərəcəsindəki qadınlar arasında sərbəst güləş üzrə Avropa çempionatının finalında italiyalı güləşçi Dalma Kanevi 11:0 hesabı ilə məğlub edərək birincilik qazanan Xanım Vəliyeva haqqında ailəsinə yaxın olan vəkil Ələkbər Qarayev danışır.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

“Çox məşəqqətli günlərdən keçiblər. Gənc ailə, atasızlıq bir yandan, maddi sıxıntı da digər yandan. Soyuq Krasnoyarskda hər zaman əli əllərində olan dayısı Rasim Məmmədovun əməyi böyükdür”. Ələkbər Qarayev telefon nömrəsini verir və onların özündən soruşun Xanım Vəliyevanı,-deyir.

“Bütün faciələrdən, çətinliklərdən uzaq tutmağa çalışmışıq. Ona bunun yansımamasını istəmişik”. Bunu isə dayısının əvəzinə telefon zəngimə cavab verən anası Rasimə xanım deyir.

Xanım Vəliyeva 2017-ci ildə hələ 17 yaşında qadınlar arasında güləş üzrə Rusiya çempionatının qalibi olanda mətbuata verdiyi müsahibəsində atasıyla bağlı sualların (Mövzu güləş olduğu üçün “Bu idman növü ilə məşğul olmanı atanmı istədi? Ən böyük azarkeşin atan olar yəqin”) üstündən sakitcə keçir.

“Ən böyük azarkeşim anamdır”.

4 yaşında olanda atasını faciəli şəkildə itirib. (Ailənin başçısı Elşad Məmmədov qətlə yetirilib). Anası və 2 yaşlı qardaşı Muraza dayıları Rasim və Rauf sahib çıxıblar.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

“Əslində Xanım Vəliyevanın özündən müsahibə almaq istəyirdim-deyirəm. Amma hər zamankı kimi təhsil, məşq, evdən dərsə, dərsdən məşqə və sonra evə. Beləcə gün bitir”. Mənimlə telefonda danışan anası Rasimə xanım qızının günlük həyatını anladır.

9 yaşında olarkən turnirə qatılır. Həm də özündən iki yaş böyük oğlanlar arasında keçirilən turnirə.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

Rasimə xanım deyir ki, yarımfinala 4 nəfər qalmışdı. İki erməni, bir rus, bir də Xanım. Xanım rusa və erməninin birnə qalib gələndən sonra finalda digər erməni oğlanla qarşılaşacaqdı. Erməni idmançı ona yanaşaraq “heç məsləhət birmirəm mənimlə tatamiyə çıxasan. Səni məhv edəcəm”. Bunları mənə fasilədə Xanım deyəndə, “qızım, biz azərbaycanlıyıq və sənə qorxu gələn o erməni gədəsinin arxasını yerə vuracağına inanıram”-dedim.

O döyüşü böyük xal hesabı ilə uddu və turnirin qalibi oldu. Qalib elan olunanda həmin erməninin gəlib yanaşı durmağa qabiliyyəti çatmadı , yarışma meydanını tərk edib getmişdi.

Sonra Rusiya çempionatı və beynəlxalq turnirlər, Avropa və dünya çempionatları... Beləcə turnirdən turnirə yarışaraq dünən artıq gənclər arasında keçirilən Avropa çempionatının qalibi oldu. Qarşıda Olimpiya çempionu olmaq var.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

Qızının Avropa çempionu adını qazanmasının sevincini yaşayan anası Rasimə xanım illər öncə evlərinin yanıb külə döndüyü, qışın qarında Sibir çöllərində əyin-başsız qaldıqları günləri də xatırlayır.

O zaman sizə nömrəmizi verən Ələkbər Qarayev, həyat yoldaşı Səadət xanım bizə çox dayaq oldular. Bizə yardım etmək üçün üz tutduğumuz tanıdıqlarımızın bəziləri arxa çevirdikləri halda, tanımadığımız bir çoxları əl tutdular.

Sosial şəbəkələr, Whatsaap qruplarında insanlar fəxrlə bəhs etdiimiz azərbaycanlı Xanımımızın gələcəkdə ölkəmizin idman şərəfini qorumasını arzulayırlar.

Xanımin bu haqda nə düşündüyünü də anası Rasimə xanımdan soruşuram.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

-Bir neçə il əvvəl idi. Düzü nə qədər keçib indi tam xatırlamıram. Soyuq Sibir və çətin vəziyyət, imkansızlıq. Balalarımı da götürüb Azərbaycana getdim. Bakıda Güləş Federasiyasına üz tutub, Xanımın idmanda nailiyyətlərindən danışdım, gələcəkdə yaxşı idmançı ola biləcəyini deyib, onu federasiyaya götürmələrini və mənə də uşaqlarımı saxlamaq üçün hər hansı bir iş vermələrini xahiş etdim. O zaman Güləş Federasiyasından verilən cavab: “Hələ yaşadığı ölkədə bir ad alsin, sonra gəlsin, düşünərik”- oldu. Elə o zamandan bu Xanımda ağrılı bir iz buraxıb. Bu sual veriləndə susur.

Bir məqam da var. Xanımın uşaqlıqdan məşqçisi Lidiya Alekseyevna Karamçakova olub. Sonradan kadet, yeniyetmə turnirlərində də onunla məşq etməyə davam edib. Ötən il Gürcüstanda Dünya çempionatında iştirak edib qalib olanda da bir çox yerlərdən təklif gəldi. “Məni pöhrə vaxtı yetişdirib qollu -budaqlı meyvə verən ağac edən insan var. İndi bəhrəsini verdiyi ağacın onu tərk etməsi nankorluq olar, məncə”-deyir Xanım. Buna görə başqa ölkənin bayrağı altında çıxış etməyi düşünmür.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV

Hər zaman qələbəsni ərməğan edəcək ünvanı isə onu kiçik yaşlarından hər gün əlindən tutub məşqlərə aparıb-gətirən, arxasında duran dayısı Rasim Məmmədov, anası Rasimə xanım və qardaşı Murazdır.

Krasnoyarsk şəhərində Dmitri Georgieviç Minaşvili adına akademiyada Azərbaycan bayrağı durur. Azərbaycan bayrağını Xanım Vəliyeva 8 yaşında olanda Bakıdan gətirib. O akademiyada məşq edən hər kəs bayrağın Azərbaycan bayrağı olduğunu və onu Xanım Vəliyevanın gətirdiyini bilir.

Biz də azərbaycanlı qızımız Xanım Vəliyevaya "idman karyerasında və şəxsi həyatında uğurlar diləyiylə yeni zəfərlərdə görüşənədək"- deyirik!

Tünzalə Vəliqızı, Moskva
14.02.2020-ci il




Baxış: 199 | Bölmə: İdman, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru