
Oğuz şəhərində Açıq Əyləncəli Futbol Məktəblərinin məşqçiləri üçün təşkil olunmuş seminara yekun vurulub. Seminarda Sumqayıt, Qusar, Masallı, Yardımlı, Oğuz, Yevlax, Ağdam, Bərdə, Astara, Mingəçevir və Göyçaydan olan 120 məşqçi iştirak edib. Bu məşqçilər seminarda aldıqları biliklərini sentyabrda başlayacaq Açıq Əyləncəli Futbol Məktəblərinin fəaliyyətində tədbiq edəcəklər.