Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Putin Gürcüstana qarşı sanksiyanın əleyhinədir, amma
RF prezidenti Vladimir Putin ilk dəfə olaraq Gürcüstana qarşı sankisya əleyhinə çıxış edib. Onun Gürcüstana sanksiya tətbiq edilməsini istəmədiyi barədə RİA Novosti yazıb.

Rusiya lideri qeyd edib ki, o, sanksiya tətbiq etmək istəməzdi.
Yavər Həsən - QARABAĞ
Ey mənim viran olan cahü cəlalım, Qarabağ!
Ey mənim ağrım-acım, dərdü məlalım, Qarabağ!

Ey mənim rəngi kömür rənginə dönmüş Günəşim,
Ey mənim bəxti sönük qarə hilalım, Qarabağ!

Ey mənim gülşəninə güllə yağan Şah yurdum,
Ey mənim zəhrə dönən şəhdi-zülalım, Qarabağ!

Ey mənim gözlərimin Ərşə çəkilmiş yuxusu,
Ey mənim şamü səhər fikrü xəyalım, Qarabağ!

Ey mənim surəti Həq surətini rəsm edənim,
Ey mənim hər qarışı Tanrı sayalım, Qarabağ!

Ey mənim qəfləti şər gülləsinə rast olanım,
Ey mənim qanı süzən vəhşi maralım, Qarabağ!

Ey mənim Xaliqimin nəqşi, təbiət gözəli,
Ey mənim Ruh yerim, əcdadi mahalım, Qarabağ!

Sənsizəm, can pətəyim boş yuvadır, Səndə imiş,
Həm arım, həm çiçəyim, həm də ki, balım, Qarabağ.

Xarıbülbül qoxusundan nəfəs almır ciyərim,
Bihalam, ölməyə də yoxdu, ta halım, Qarabağ.

Şuşasız şişə kimi sındı çilikləndi könül,
Oldu dünya evi bağrımdakı xalım, Qarabağ.

Qarabağ atları kişnəşmədədir ahim ilə,
Oyadırlar ki məni, dərdimə dalım, Qarabağ.

Əlimi Səndən üzərsəm, fəqirin mağmınıyam,
Olsa da cümlə cahan sərvətü malım, Qarabağ.

Sən əsirsən, Səni azad eləmək istəməsəm,
Olmasın bircə nəfəs alma macalım, Qarabağ.

Sözü Həq Yavər Həsəntək girirəm meydana ki,
Tanrıdan güc, qarı düşməndən öc alım, Qarabağ!
Türkiyədə İŞİD-lə əlaqəsi olduğu güman edilən iki rusiyalı qadın saxlanılıb
Türkiyədə "İslam dövləti" terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki rusiyalı qadın saxlanılıb. Bu haqda RİA Novosti xəbər verib.

Rusiya vətəndaşlarının Suriya ilə həmsərhədd olan Şanlıurfada saxlanıldıqları qeyd edilir. O da bildirilir ki, qadınların ad və familiyalarının baş hərfləri B.İ. Və F.B-dır. Onlar qeyri-leqal şəkildə Suriyadan Türkiyəyə keçməyə cəhd ediblər.

Bundan başqa qadınların yanında doqquz uşaq da olub. Rusiyalılar özləri bəyan ediblər ki, ərləri Suriyada ölüb və onlar öz vətənlərinə -Rusiyaya qayıtmaq istəyirlər.

Sorğudan sonra qadınları polis şöbəsinə aparıblar.

Bir müddət əvvəl FSB-nın Zabaykalyedə "İslam Dövləti " tərəfdarını saxladığı haqda məlumat verilmişdi.

Yenises.ru
İnternetdə Gürcüstanda  rus ailəsinə hücum olunduğunu əks etdirən video yayınlanıb
İnternetdə Gürcüstana gəzməyə gələn rus ailəsinin avtomobilinə hücum edildiyini əks etdirən videoyazı yayınlanıb. Bu haqda gazeta.ru portalı yazıb.

Videodan göründüyü kimi hücuma səbəb maşının salonundan asılan Georgiev lenti olub. Gənclər avtomobilin yolunu kəsərək lentin çıxarılmasını və onlara verilməsini tələb ediblər. Sürücü bundan imtina etdiyi üçün olay böyüyüb.
Şoyqu: Dənizçilər yanan gəmini xilası üçün sonuna kimi mübarizə aparıblar
Müfadiə nazirliyin başçısı Sergey Şoyqu Severomorskyə gəlib. Dərin sualtı elmi -təqiqat gəmisində baş verən yanğının səbəbləri ilə bağlı komissiya üzvləri ilə yığncaq keşirən Sergey Şoyqu yanan sualtı gəmidə həlak olan 14 dənizçinin qəhrəmanlıqlarından danışıb. Onun sözlərinə görə bu dənzçilər öz həyatları bahasına gəmini və yoldaşlarını xilas ediblər.
Türkiyədə Məmməd Əmin Rəsulzadəni daha çox  Menderesə bənzətdilər-VİDEO
Bu bayraq haranın, bu şəkil kimindir?

Anlara küçələrində aparılan sorğuda bir çoxları bayrağımızı tanısa da, Azərbaycan Demokratik Cümhiriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni tanımayıb.


Ankaranın Əsri məzarlığında uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni Türkiyədə tanıyırlarmı?

Youtube üzərindən yayımlanan Harun Yazıcı ilə ortaq layihəmiz olan və bu günə qədər 70 mindən artıq izləyici toplayan “Dunyaya sorduk” proqramı çərçivsində bu dəfə Ankara sakinlərinə Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəninin kim olduğu sorulub.

Ankaranın Əsri məzarlığında uyuyan böüyk lider haqqında oranın işçisi Halil Gümüşçivi Azərbaycan Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadəyə xidmət etməkdən qürur duyduğunu söyləyib.

Harun Yazıcı Ankara küçələrində apardığı sorğuda üzərində Məmməd Əmin Rəsulzadənin şəkli olan bayrağı göstərərək bu bayrağın hansı dövlətə aid və şəkildəki şəxsin kim olduğunu soruşub. Bir çoxları “bayraq türk çümhuriyyətlərundən birinindir”- deyib. Məmməd Əmin Rəsulzadəni isə Türkiyənin baş naziri olmuş Adnan Menderesə bənzədiblər.

Soğuda iştirak edənlər arasında Məmməd Əmin və Azərbaycan sevdalısı olanlar da var.

Maraqlı məqamlardan biri isə əcnəbi-qaradərili tələbələrin həm bayrağımızı, həm də liderimiz haqqında tam məlumatlı olmaları diqqət çəkib. Onlara bu məlumatı universitetdə birgə təhsil alıdqları azərbaycanlı tələbə yoldaşlarından öyrəndiklərini bildiriblər.

Tünzalə Vəliqızı
Yenises.ru
27.06.2019


Hüzn - AĞLA, GÖZÜM, AĞLA
Şirməmməd Müəllim...Adı ilə, varlığı ilə, məntiqi və yaddaşı ilə, ədəbi-ərkanı ilə, natiqliyi və kübar sadəliyi ilə, cümhuriyyət və istiqlal sevgisi ilə, Məmməd Əmin vurğunluğu və Azərbaycan sevdası ilə, yorulmadan, usanmadan öyrənmək, öyrətmək qabiliyyəti ilə, dünyanın siyasi portretini qırx beş dəqiqədə rəngarəng şəkildə canlandırmaq məharəti ilə, dostluğa sədaqəti, ailəyə məhəbbəti ilə, cümhuriyyət tariximizin hər səhifəsini ən dəyərli inci kimi əzizləyib günümüzə gətirməsi ilə, bizi biz olmağımızla qürurlandırması ilə, daha min bir fəziləti və məziyyəti ilə hafizələrdə, gözlərdə, qəlblərdə taxt qurmuş insan əbədiyyətə qovuşdu.
BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM. . .
(ŞAİRƏ AFAQ ŞIXLININ 50 İLLİK YUBİLEYİNƏ)

Ramthanın belə bir sözü var: “İnsanlar yaşayıb öldüyü halda, günəşin daima var olmasının tək səbəbi – günəşin əsla ölümü düşünməməsidir”.
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
Türkiyəli iş adamı, eyni zamanda “MD Produksion” şirkətinin sahibi incəsənət cameəsində Məhmət Dayı kimi tanınan Məhmət Başaq məlum 15 Temmuz olayları zamanı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana “Uzun adam” şeirini yazan və onun özündən təqdir alan biridir. İş adamıyla bir də seirin, musqisinin hesabını etdik. “Pul olan yerdə ruh olmaz”a köklənmiş mövqeyimi sarsıdan cavablarıyla baxin, məni necə razı saldı.
Moskvanın mərkəzində tarixi bina yandıMoskvanın Periçistenko küçəsində bərpa edilməkdə olan tarixi bina bu gün yanıb. Bu hqada RİA Novosti-yə təcili təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Donetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandıDonetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandı
Qondarma Donetsk Xalq Respublikasının 34 sakini ilk dəfə olaraq vətəndaşlıq almaq üçün Rusiya sərhəddini keçikdikləri barədə DNR-in miqrasiya xidmətinin rəhbəri Vladimir Krasnoşenko məlumat verib.

Özünümüdafiə gününüz mübarək və ya ...
Urəkləri məzar yeri olan Uşaqlar

Günün nəşəsini pozmağa dəyərmi? Hər günü hər gündə yaşamaq varkən. Dünənin kədəri, bü günün sevinci... Dərdini basdır, pərdələ... Hissini ələ al, cilovla...
SABİRANƏ
Ay həzərat, gəlin sizə söyləyim:
Məmləkətin pərsəngini pozublar.
Millət gözlərini bunlara dikib,
Bunlar andlarını tərsə yozublar.

Sözdə erməniyə nifrət edirlər,
Ona qız verəni töhmət edirlər,
Düz otuz mininə biət edirlər,
Hayların adını mömin yazıblar.

Bir vəkilimiz var adı Arazdı,
Ta oralardan bir namə yazdı,
Elçi bu naməyə qızdı nə qızdı
Sanki dərisinə bir dağ basıblar.

Əsəbdən elçinin nitqi dolaşdı,
Hərcayi kəlmələr ağzından qaçdı.
İki məsul adam sözlə tutaşdı.
Görənlər də dedi: bunlar azıblar.

Bilinmir kim öndə, kimisi dalda,
Fuad yalan oldu bu qalmaqalda,
Deport olunurkən o yarı yolda
Ayağın altını yaman qazıblar.

Yeni üslubdadı “Arşın mal alan”
Biri “Oxu” deyir, biri: “Sus, olan!”
Hərənin ağzında bir çuval yalan.
Düz deyəni bunlar çoxdan asıblar.

SİDQİ
      “İnter” növbəti mərhələni aşa bilmədiBu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının “İnter” klubu Yunanıstan “Asteras”ın qonağı olub. İlk oyunda doğma meydanda 1:1 hesablı sülh bağlayan komandamız bu dəfə də oyunun əsas hissəsində eyni nəticə ilə çıxış etdi.

London Olimpiadasında bayraq qalmaqalı Otuzuncu yay Olimpiya oyunlarına sabah Londanda stat veriləcək. Olipiada başlamaış qalmaqalla gündəmə gəldi. Koreya Xalq Demokratik respublikasının qadınlardan ibarət futbol komandası təşkilatçıların səhvi üzündən meydana çıxmaqdan imtina ediblər.

“Neftçi”  növbəti mərhələyə yüksəldi
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirildi. Azərbaycan çempionu olan “Neftçi” klubu səfərdə Gürcüstanın “Zestafoni” klubunun qonaqı oldu. İlk oyunda rəqibi 3:0 məğlub edən komandamız bu dəfə növbəti mərhələyə yuksəldi.
Almaniya milli yığma komandasında “millətçilik” havası
Almaniyanın türk əsilli futbolçusu Məsut Özili hədəfə alan Almaniya Futbol Federasiyasının fəxri rəhbəri Volrfelder “Milli marşı söyləməyən yığmadan çıxarılsın”-deyə söyləyib.



“İnter” (Bakı) -  “Asteras” (Yunanıstan) arasındakı görüş 1:1 hesabı ilə başa çatıb
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunda Bakının “İnter” klubu Yunanıstanın “Asteras” klubunu qəbul edib. Oyun 1:1 hesabıyla başa çatdı.

Oyunun birinci hissəsində komandalar qapılara zərbələr endirsələr də oyunda qol vurulmadı.

“Xəzər-Lənkəran”  heç-heçə oynadı
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verildi. Azərbaycanın çempionatının gümüş medalçısı olan "Xəzər-Lənkəran" doğma meydanda Polşanın “Lex” klubunu qəbul etdi. Gərgin və yağışlı şəraitdə keçən oyun 1:1 hesabıyla başa çatdı.
Futbolçu Con Terri məhkəmə qarşısında dayanacaq
İngilis futbolçusu Con Terri ötən ilin oktyabırında “Kuins Park Reycers” klubunun müdafiəçisi Anton Ferdinandın ünvanına söylədiyi rasist ifadəsinə görə məhkəmə qarşısında dayanmalı olacaq. Bu haqda xarici informasiya agentlikləri xəbər verib.



Məşhur futbolçu Pavlyuçenkonun evinə oğrular girdi
Moskvanın “Lotomotiv” klubunun futbolçusu Roman Pavlyuşenkon ev oğrularının qurbanı olub. Rusakov küçəsindəki elit binalardan birində yaşayan futbolçunun evinin qapısını qıraraq mənzilinə daxil olan oğrular 6 milyon rubl dəyərində əşyalarını aparıblar.

Bu haqda Daxili işlər nazirliyinin baş idarsindən məlumat veriblər.
“Bakı”  klubu öz meydanında   qolsuz heç-heçəyə imza  atdı
Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi olan "Bakı" komandası ilk oynunu qolsuz bərabərsizliklə başa çatdırdı. Paytaxt təmsilçisinin rəqibi Sloveniyanın "Mura" komandası idi.
Bir müddət öncə keçirdikləri yoxlama görüşündə bu komandanı 4:0 hesabıyla məğlub edən "Bakı" klubu bu dəfə doğma meydanda keçirilən rəsmi oyunda bunu bacarmadı.

“İnter”  (Azərbaycan) Estoniyanın “Trans” klubunu darmadağın etdi
Bu gün Avropa Liqasının I təsnifat mərhələsidə paytaxtın “İnter” klubu səfərdə Estoniyanın “Trans” klubu ilə qarşilaşıb. Bankirlər gözlənildiyi kimi rəqib üzərində böyük hesabla qələbə qazandılar.
Oyunda ilk qol 12-ci dəqiqədə Bacana Tsxadadze tərəfindən vuruldu. 36-cı dəqiqədə Bacana Tsxadadze dubla imza ataraq rəqibi məyus edir. Birinci hissədə komandamız bir neçə qol şansını əldən verməsinə baxmayaraq fasiləyə ustun yollandı.
“Xəzər-Lənkəran”  heç-heçə oynadı
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin çərçivəsində "Xəzər Lənkəran" “Fırtınalar meydanı”da ilk oyununu keçirdi. İndiyə qədər Avro kuboklarda bir dəfə də olsun belə mərhələ keçə bilməyən və həm də qələbəyə həsrət qalan komandamız Estoniyanın “Nomme Kalyu” klubu ilə sülh bağlayaraq ikinci mərhələyə keçidini çətinləşdirdi.
Arşavin  “Qalatasaray”ya  “Bəli” deyib
Dünya ona “küləyin oğlu” deyir. “Qalatasaray” ona elə bir təklif etdi ki, “yox” deyəmmədi.
Dünya şöhrətli ulduzların arxasınca düşən “Qalatasaray” ilə bagli Rusiya mətbuatı xəbər yaydı. Rusiya millsinin kapitanı Andrey Arşavinin meneceri Andrey Laxter “Sovetskiy sport” qəzetinə verdiyi açıqlamada “Bir müddətdir ki, Arşavinlə baglı “Qalatasaray”la danışıqlar aparırıq. Arşavin “Qalatasaray”dan gələn sərfəi təklifə “Bəli” dedi.



YEKATERİNBURQDAN  LƏNKƏRANA TƏYYARƏ
“Ural Hava Yolları” Yekaterinburqdan Lənkərana yeni uçuş reysləri açır. Uçuşlar iyulun 3-dən başlayaraq həftənin ikinci günləri rahat tipli “Airbus” təyyarələri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, “Ural Hava Yolları” şirkəti Azərbaycanın üç şəhərinə- Moskva və Yekaterinburqdan Bakıya, Moskva və Sankt-Peterburqdan Gəncəyə, Moskva, Sankt-Peterburq və Yekaterinburqdan Lənkərana müntəzəm sərnişin daşımalarını həyata keçirir.

Bu barədə şirkətin rəsmi saytı məlumat yayıb. Bundan əlavə saytda Lənkəranın gözəllikləri haqda da məlumat verilib.
UEFA SUPERKUBOKU  TBİLİSİDƏ!

Ukraynanın Kiev şəhərində UEFA-ın İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda 2014 və 2015- ci illərdə UEFA Superkubokunun keçiriləcəyi yer haqqımda qərar qəbul olunub. UEFA Superkuboku 2014-cü ildə Kardiffi, 2015-ci ildə isə Tbilisi şəhərində keçiriləcək.
Astarada Çimərlik Futbolu Üzrə Turnir Keçirilib

Astara rayonunda çimərlik futbolu üzrə turnir keçirilib. Turnirdə iştirak edən səkkiz komanda iki yarımqrupa bölünüblər. Qruplarda birinci yerləri "Veteran-Astara" və "Stansiya" komandaları tutublar. Turnirin şərtlərinə görə, qrupda birinci yerləri tutan komandalar finalda görüşərək turnirin ən güclüsünü müəyyən etməlidirlər. Qrupda ikinci yerləri tutan komandalar isə turnirin üçüncü yeri uğrunda mübarizə aparmalıdırlar.


BALOTELLİNİN DUBLU SAYƏSİNDƏ İTALİYA MİLLİSİ FİNALA YUKSƏLDİ

Polşanın Varşava şəhərində VRO-2012-in ikinci yarımfinal oyunu başa çatıb. İtaliya millisi Balotrllinin dublu sayəsində Almaniya millisini 2-1 hesabı ilə məğlub edib və finalda İspaniyaya reqib olub.

Oyunun 20-ci dəqiqəsində Mario Balotelli baş zərbəsindən vurduğu qolla İtaliyani hesabda önə çıxarib. Qoldan 15 dəqiqə sonra Balotelli gözəl zərbə ilə dubla imza atıb. Almanların təsəlli qolunu oyunun sonuna əlavə olunmuş vaxtda Mesut Özəl penaltidən vurub. Buna baxmayaraq oyun İtalyanların qələbəsi ilə başa çatıb.

Görüşün ən yaxşı oyunçusu İtaliya millisinin yarımmüdafiəçisi Andrea Pirlo seçilib. Qeyd edək ki, Pirlo AVRO-2012 de bundan əvvəl də iki dəfə ən yaxşı oyunçu adına layiq görülmüşdür.

Balotellinin anası oğlunun oyununu azərkeşlər arasında canlı izləyib. Oyundan sonra Balotelli vurduğu qolları anasına həsr etdiyini bildirib.
Xatırladaq ki, AVRO-2012-in final görüşü iyulun 1-də Ukranyanın Kiyev şəhərində keçiriləcək.

Almaniya-İtaliya 0:2

Нarımfinlada qarşılaşan Almaniya və İtaliya oyununda gözlənilməz nəticə. Oyunun birinci hissəsi İtaliyanın iki qolu ilə başa catdı. Hər iki qola oyunun 20 –ci və 36-ci dəqiqəsində Mario Balotelli imza atdı.
İtaliya 2 qol hesabı ilə fasiləyə getdi.
Millimizdən imtina edən futbolçu klubunu dəyişdi


Milli komdamızdan imtina edib, Rusiyanı seçən, lakin Avro-2012-dən kənarda qalan 27 yaşlı Aleksandr Səmədov klubunu dəyişib. Onun transfer edəcəyi haqqında dünən saytımızda məlumat vermişdik. Aleksandr Səmədov “Sovetskiy Sport” un müxbirinə açıqlamasında hansı kluba keçəcəyinin sabah (bu gün) bəlli olacağını bildirmişdi.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru