İki ölkə iftara dəvət olunmadı


İki ölkə iftara dəvət olunmadı
Rəcəb Tayyib Ərdoğanın partiyası iki ölkə səfirini iftara dəvət etmədi

AK partiyası baş nazir Ərdoğanın da iştirak edəcəyi iftar yeməyinə Türkiyədəki xarici ölkə səfrilərinə də dəvət göndərib. Lakin iki ölkə- Suriya və İsrail səfirləri bu yeməyə dəvət edilməyiblər.

Hər iki ölkənin Türkiyədə təmsilçilik səviyyəsi İsrailinki Mavi Mərmərə böhranından sonra ikinci katiblə məhdulaşdırmış, Bəşər Əsədin öz xalqına təcavüzü üzündən isə Ankara Suriya səfirliyinin boşaldılmasını rəsmən istəmişdi. Suriyanın Ankaradakı səfirliyi fəal deyil. Türkiyə ilə İstanbuldakı baş konsulluq vasitəsiylə əlaqə saxlanılır.

AK partiyası nə Türkiyədə fəliyyət göstərən İsrail ikinci katibini, nə də İstanbuldakı Suriya baş konsulunu yeməyə dəvət etməyib. Onlar bununla bir daha hər iki ölkəyə öz mövqelərini göztərmiş olurlar.

AK partiyası tərəfindən verilən iftarda Rəcəb Tayyib Ərdoğanın açıqlama verəcəyi gözlənilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir