İlin oğrusu- Ev dustağı olan oğru polisin taxdığı elektron qolbağını satdı


İlin oğrusu- Ev dustağı olan oğru polisin  taxdığı elektron qolbağını satdı
Məhkəmə qərarı ilə ev dustağı olan moskvalı biləyinə taxılan elekttron qolbağını satıb. İndi yenidən Federal Penitensiar Xidmətinin qərarını gözləyəcək.

“İlin oğrusu”” adına Zelenoqrad sakini namizəd ola bilər. O, ev dustağı olarkən biləyinə taxılan elektron qolbağını satmağa müvəffəq olub.

“”MK””-nın verdiyi məlumata görə bu ilin fevral ayının 13-də 30 yaşlı Konstantin mağazadan hər biri 5 min rubl olmaqla iki dəst xüsusi geyim, 2 min rubl dəyərində mikrodalğalı peç və 1 min rubl dəyərində toster oğurlayıb. Cinayətkarı tezliklə yaxalayıblar və fevralın 16-da onu ev dustaqlığına göndəriblər. Bu arada Konstantin 2 dəfə mühakimə olunub.

Moskva üzrə Federal Penitensiar Xidmət idarəsi qardaşların imzası ilə 9 min rubl dəyərində olan stasionar nəzarət cihası və
modernləşdirilmiş elektron qolbağını ona taxıblar. Lakin Konstantin özüylə bacara bilməyib və martın 3-də nəzarət aparatını Moskva yaxınlığında birnə satıb. Elektron qolbağı da ora göndərilib. Oğru brasleti burub açıb. Aldığı 1500 rublu isə spirtli içkiyə verib içib.

Bir müddətdn sonra Federal Penitensiar Xidmətinin əməkdaşları nəyinsə yanlış olduğunu fərq ediblər və satılan avadanlıqları axtarmağa başlayıblar.

“”MK””-nın məlumatnda deyilir ki, Zelenoqradın prokuroru oğruya qarşı məhkəmə qərarını dəyişdirərək onu həbsə yollayıb. İndi onun qardaşı ev dustağı kimi qalır.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir