“İnter” növbəti mərhələni aşa bilmədi


      “İnter” növbəti mərhələni aşa bilmədi

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının “İnter” klubu Yunanıstan “Asteras”ın qonağı olub. İlk oyunda doğma meydanda 1:1 hesablı sülh bağlayan komandamız bu dəfə də oyunun əsas hissəsində eyni nəticə ilə çıxış etdi.

Görüşün ilk dəqiqələrində komandamız oyuna fəal başladı. Bir neçə dəfə komandalar hesabı açmağa yaxın olsalar da, nəticədə ilk hissədə qapılara qol vurulmadı.

İkinci hissənin 68-ci dəqiqəsində meydan sahibləri Armeronun qolu sayesində hesabı açırlar. 87 dəqiqədə Tales Şutz kornerdən vurulan zərbəni qola çevirərək hesabı bərabərləşdirdi.

Matçın əlavə olmuş vaxtında hesab arasındakı fərq dəyişmədi və komandalar penalti seriyasında bəxtini sınadılar. Penaltilər seriyasnda “Asteras” qalib gələrək növbəti mərhələyə yüksəldi.Avropa Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
26 iyul

ASTERAS – İNTER – 1:1 (penaltilərlə 4:2) (ilk oyun – 1:1)
Qollar: X.Armero, 68 (1:0), T.Şütz, 87 (1:1)
Penaltilər seriyası:Georgiyevski – 0:0 (kənara), Tsxadadze – 1:1,Barmettler – 2:1 (qapıçı),Genov – 3:2
Baş hakim: Lars Kristoffersen (Danimarka).
Tripolis. “Asteras Tripolis” stadionu.

İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev, 10. Georgi Adamiya, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Bryus Abdulay, 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 87. Haynts Barmettler.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Valeri Abramidze, 9. Daniel Genov, 11. Asif Məmmədov, 25. İbraima Niasse, 28. Baçana Tsxadadze, 77. Ruslan Əmircanov.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir