İnternetdə Gürcüstanda rus ailəsinə hücum olunduğunu əks etdirən video yayınlanıb


İnternetdə Gürcüstanda  rus ailəsinə hücum olunduğunu əks etdirən video yayınlanıb
İnternetdə Gürcüstana gəzməyə gələn rus ailəsinin avtomobilinə hücum edildiyini əks etdirən videoyazı yayınlanıb. Bu haqda gazeta.ru portalı yazıb.

Videodan göründüyü kimi hücuma səbəb maşının salonundan asılan Georgiev lenti olub. Gənclər avtomobilin yolunu kəsərək lentin çıxarılmasını və onlara verilməsini tələb ediblər. Sürücü bundan imtina etdiyi üçün olay böyüyüb.

Bəzi məlumatlara görə videoyazı 2014-cü ilin avqust ayında qeydə alınıb.

Hadisəni törədənlər Georgiev lentini alandan sonra yolu açıblar. Onlardan biri bu lenti krassovkasında bağ kimi istifadə edəcəyini deyib. O da qeyd edilir ki, hücum Rusiya prezidentinin ünvanına söyüş və təhqirlərlə müşaiyət olunub.

İyun ayının 20-də Tbilisidə kütləvi etitaz aksiyası başlanıb. Buna Pravoslavların Parlamanetlərarası assambleyasının Rusiya nümayəndəsi Segey Qavrilovun Baş Assambleyanın sessiaysında Gürcüstan parlamentinin spikerinin kürsüsünə oturması səbəb olub. Bu stuasiya Gürcüstanın bir sıra siyası partiyalarında etiraz doğurub.

Sonra Tbilisinin mərkəzidə rus nümayəndələrinin və jurnalistlərinin qaldığı otelə hücum edilib. Eyni zamanda müxalifət spikerin istefası tələbiylə parlament binasına basqın edib.

İğtişaşlar zamanı 240 adam zərər çəkib.. 300-dən çoxu isə saxlanılıb.

Bu hadisələrin fonunda Rusiya prezidenti Vladimir Putin iyunun 21-də iyulun 8-dən etibarən Gürcüstan ilə Rusiay arasındakı avianəqliyyatı dayandırmaq haqqında sərəncam imzalayıb. Gürcüstan aviaşirkətləriin də Rusiya ərazisinə uçuşu dayandırılıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir