İqor Barinov: Duma “Erməni genosidinin kriminallaşdırılması “” haqda qanunu qəbul etməyəcək”


İqor Barinov: Duma "Erməni genosidinin kriminallaşdırılması " haqda qanunu  qəbul etməyəcəkRusiya Dövlət Duması çox yəqin ki, “qondarma erməni soyqırımını inkar etməyə görə cinayət məsuliyyətinə cəlb etmək haqda” qanun layihəsini qəbul etməyəcək”. Bunu Rusiyanın Milli Məsələlər üzrə federal dövlət agentliyinin rəhbəri İqor Barinov Lider TV-nin Rusiyadakı xüsusi müxbiri Anar Həsənovun sualını cavablandırarkən bildirib.

Azərbaycanlı jurnalist:- “Ədalətli Rusiya partiyasından olan deputatlar Dövlət Dumasına qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinə cəlb etmək” haqda qanun layihəsi təqdim edilən qanun layihəsi qəbul edilərsə, bu Rusiyadaxili milli münasibətlərdə necə öz əksini tapa bilər? Ümumiyyətlə, Qafqazdan Sibirə qədər milyonlarla türkdilli xalqların yaşadığı bir dövlətdə belə bir qanun layihəsinin qəbul edilməsi nə qədər məqsədəuyğundur?””-deyə İqor Barinovdan soruşub.

İqor Barinov üçün gözlənilməz olan bu sualın cavabında o, Əvvəla bu qanun layihəsinin çox güman ki, qəbul edilməyəcəyini və keçmişin mənfi hadisələri və problemlərini yada salaraq müasir nəsli bu ruhda yetişdirməyin səhv olduğunu qeyd edib. “”Keçmiş yox, bu gün və gələcəklə yaşamaq lazımdır. Hər dəfə keçmişin problemlərini qabartmaqla yaşamaq düzgün deyil””.

Rusiyanın Milli məsələlər üzrə federal agentliyinin rəhbəri İqor Barinov cavab verərəkən nə qədər ehtiyatlı davransa da, nazirliyin qondarma soyqırım kampaniyasının əleyhinə olduğunu da gizlətməyib. O, bu istiqamət milli münasibətlərdə qarşıdurma yaradar-deyə vurğulayıb.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir