“İqra” oynamıram, qələmlə yazıram


“İqra” oynamıram, qələmlə yazıram
Medvedev Sankt-Peterburq forumunda iPad-dan imtina etdi

Baş nazir D.Medvedev Sankt-Peterburqda keçiriliən Beynəlxalq hüquq forumunda qeydlər etmək üçün dəftərçədən istifadə edib.

Buna ötən ilə adıçəkiən forumda baş nazirin iPad-dan istifadə etməsi ətrafında danışılan söz- söhbət səbəb olub. Belə ki, baş nazir Medvedevin keçən ilki forumda həmkarlarına qulaq asmayaraq iPad-da oyun oynadığı söylənilib. Bu şaiyələrdən qurtulmaq üçün bu dəfə baş nazir qeydlərini dəftərçəyə edib.

Onu da qeyd edək ki, Medvedevin Apple ailəsindən olan texnika vurğunu olduğu 2010-cu ildən məlumdur. May ayında o, bu şirkətin planşetini alıb və hələ prezident olan zaman Kievdə tələblərlə görüşdə təəssüratlarını bölüşüb. Əvvəllər elektron kitabı vərəqləmək olmur deyə onu sevmədiyini deyən Medvedev sonradan buna vərdiş etdiyini bildirmişdi o zaman. Onun fikrincə kim yeni texnologiyadan yararlanmirsa səhv edir və özünü bu həzzdən məhrum etmiş olur. Sonradan o ölkəsində ilk iPhone4-ün istifadəçisi oldu. Smartfonu ona Stiv Jobs bağışlamışdı.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir