İqtisadiyyat sahəsində ilk qadın Nobel mükafatçısı vəfat edib


İqtisadiyyat sahəsində  ilk  qadın  Nobel mükafatçısı vəfat edib
ABŞ-da iqtisadiyyat sahəsində ilk qadın Nobel mükafatçısı Elinor Ostrom xərçəngdən vəfat edib. Bu haqda Associated Press agentliyi məlumat yayıb.

78 yaşlı Ostrom Bluminqton qospitalında ölüb. Hələ 2011-ci ildə onun mədəaltı vəzisində xərçəng aşkar edilmişdi.

Ostrom 1965-ci ildən İndiana universitetində çalışıb. 1974 –cü ildə politologiya professoru adını alıb. 2009-cu ildə Berkli universitetində Oliver Uilyamsla birlikdə iqtisadi sahədə Nobel mükafatına layiq görülüb.

Alimi iqtisadi idarəetmə işinə görə mükafatlandırmışdılar. Ostrom öz araşdırmalarında sübut etmişdi ki, adamlar bir çox resursları (meşələr, otlaq sahələri kimi ) dövlət və ya xüsusi şirkətlərdən daha yaxşı idarə edə bilər.

2012-ci ildə Ostromun adı Time jurnalının versiyasına görə dünyanın 100 ən nüfuzlu adamları siyahısına düşüb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir