Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovaya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerova getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Hansı ölkələr rus diplomatlarını geri göndərir- Tam siyahı
Bu gün Qərb ölkələri demək olar ki, eyni anda rusiyalı diplomatlarınln gerı göndərilməsini elan ediblər. Qərar rus agenti Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı qəbul edilib.
Moskvada iPhone 7  almaq üçün böyük növbə yaranıb
Əvvəlcədən xəbər verildii kimi iPhone 7-nin Rusiyada satışı sentyabrın 23-də bu gün çerçəkləşəcək. Moskva mərkəzi univermağı-QUM-da satışı gözlənən telefonun həvəskar alıcıları dünəndən - sentyabrın 22-si saat 20:00-dan artıq mağaza ətrafında növbə tutublar.
RF Mərkəzi Bankı  bankomatlarda 5 minlik rublun qəbulunu məhdudlaşdırdı
Rusiyada bir çox bankomatlar 5 minlikləri qəbul etmir... Səbəb saxta 5 minlikləri bankomatların tanıması funksiyasını yeniləməkdir.

Mərkəzi Bankdan bunun müvəqqəti xaraker daşıdığı və saxta 5 minlik əskinazların qarşısının alınması məsqədiylə olduğu deyilir.

Regionlardakı bankomatlarda 5 minlik pul əskinazlarının qəbulunu məhdudlaışdırdığı üçün hər 10 cihazdan birində problem yaranıb. Bu haqda MB-ın mətbuat xidmətindən məlumat verilib.
Çin Rusiya mallarına qadağanı qaldirir
Çin Xalq Respublikası Rusiyadan gətirilən mal və quş ətinə qoyulan qadağanı qaldırıb. Bu haqda Rosselxoznadzor ( Rusiya kınd təsərrüfatına nəzarət idarəsi ) heyvan və bitkilərin qarantini və qida məhsullarının təhlükəsizliyi sferasinda əməkdaşlıq məsəslələri üzrə Rusiya-Çin daimi işçi qrupunun iclasının yekunlarına əsasən məlumat verib.
 Putin  vətəndaşlara Uzaq Şərqdə  1 hektar torpaq verir
RF prezidenti Vladimir Putin Uzaq Şərq federal dairəsində vətəndaşlara torpaq sahəsi ayrılması haqqında qanun imzalayıb. Sənəd qanun məlumatları dərc edilən rəsmi saytda verilib.

Şənədə görə rusiyalılar bir dəfə pulsuz olaraq Uzaq Şərqə daxil olan: Yakutiya, Primorsk, Xabarovsk, Amur, Maqadan, Saxalin vilayətlərində və həmçinin Yevrey Muxtar vilayəti və Çukot Muxtar vilayəti dairəsindən bir hektar torpaq ala bilər. Sahə 5 illiyə verilir, o, üçüncü şəxs hüququndan azad olmalı yə və azad dövriyyədə olmalıdır.

beş ildən sonra torpağı icarəyə götürmək və ya özlləşdirmək olar. Əgər torpaq istifadə olunmazsa, o halda geri alınacaq. Verilən torpaq sahəsində istənilən fəaliyyəti həyata keçirməyə izn verilir. Bununla yanaşı torpaq veriləndən sonra bir il ərzində vətəndaş səlahiyyətli orqana sahədən hansı məqsədlə istifadə etdiyi haqda məlumatlandırmalıdır. 3 ildən sonra isə istifadə etdiyi haqda deklarasiya təqdim etməlidir.

2016-cı ilin iyunun 1-dən "uzaqşərq hektarçılarına" birinci mərhələ təqdimatı başlanacaq. İlkin mərhələdə sahələr Uzaq Şərq Federal dairəsi hakimiyyət subyektləri tərəfindən seçilmiş ayrı-ayrı bələdiyyə orqanlarınadan məhdud şəkildə veriləcək. Oktyabrn 1-dən isə bütün Uzaq Şərq Federal dairəsi ərazisindən paylanmağa başlanacaq. 2017-ci ilin fevral ayının 1-nə qədər torpaq sahəsini ancaq rusiyalılar və aidiyyatı subyektdə qeydiyytada olanlar ala bilərlər. Bu tarixdən sonra isə bütün vətəndaşlar oradan 1 hektara sahib olmaq hüququ qazanacaqlar.

Necə deyərlər, əvvəl evin içi, sonra çölü.

/Yenises.ru/
Dollar boşalır- 66 rubldan aşağı düşdü, dolacaqmı?
Moskva birjasında dolların kürsu aprelin 15-də 15 qəpik ucuzlaşaraq 65,96 rubl olub. Avro da 17 qəpik ucuzlaşıb-74,27 rubla satılır.

Rus rublunun bir az möhkəmlənməsi London birjasında Brent markalı neftin dəyərinin artması ilə əlaqəlidir. Belə ki,neftin barreli bu gün 0,43 faiz bahalaşaraq, 44,03 dollara olub.
Dollar yenə bahalaşdı
Moskva birjasında dollar ötən günə nisbətən 73 qəpik bahalaşaraq 68,33 rubl olub. Bu bahalaşma Brent markalı neftin ucuzlaşması ilə müşaiyət olunur. Brent markalı neftin bir barrelinin qiyməti 38,27 dollara qədər düşüb.


/Yenises.ru/
Dollar dekabrdan bu yana ilk dəfə 67 rubldan aşağı düşdü
Dollar ilk dəfə olaraq dekabrdan bu yana 67 rubldan aşağı düşüb, rubl isə neftin bahalaşması fonunda yerini möhkəmləndirib.

Moskva birjasında günün ikinci yarısında dollar 66,93 rubla kimi ucuzlaşıb ki, bu da əvvəlki satış bağlanışından 1,31 rubl aşağıdır. Avro həmin vaxt 1,25 rubl itirərək 76,15 rublluq şkalanın üzərində dayanıb.

Dollar yenə enişdə
Dolların kursu vahid ticarət sessiyasında (VTS) enərək 68,56 rubl olub. Mərkəzi bankda dolların rəsmi kursu məhz VTS-na görə müəyyən edilir.

Moskva vaxtı ilə saat 11:30-da dollar 2,47 rub ucuzlaşaraq 68,5598 rubla enib. Bir gün əvvəl dolların kursu 71,0256 rubl olub. Bu ucuzlaşma ABŞ federal rezerv sistemində (FRS) dolların kursunun saxlanması xəbəri fonunda baş verib.


/Yenises.ru/
Dollar minimuma endi
Dollar minimumda, rusiyalılar əmanətini rublla saxlayır,lakin buna rəğmən dolların yaxın 3 ayda 84 rubla kimi bahalanacağını düşünürlər... Paradoks...

Moskva birjalarında dollar ilk dəfə 2016-cı ildə minimuma enib. Amerika valyutası 72,61 rubla, avro isə 79,98 rubla satılıb.

Rubl neftin bahalaşması fonunda yerini möhkəmlədib. Martın 4-ə olan statistikaya görə Brent markalı nefrin qiyməti yanvardan bəri ilk dəfə maksimum həddə-- barreli 37,79 dollara çatıb.
MasterCard ödəmənin selfi ilə həyata keçirilməsinə icazə verib
Mastercard ilə ödəmələr pin kod və parolsuz həyata keçiriləcək. Bunun üçün selfi etmək kifayətdir.

Mastercard-ın ödəmənin təsdiq olunması üçün yeni imkanlar sistemi yaratması haqqında Britaniyanın FinancialTimes qəzeti məlumat verib. O, üzü və barmaq izini tanıyan sistem yaradıb, bu informasiya kart sahibinin kimliyini təsdiq etməyə yetərlidir. Belə olan halda ödəyicilərin pin kodu və parolu daxil etməsinə gərək qalmayacaq.
Rubl günün başlanğıcında 50 qəpik artıb
Rubl günün başlanğıcında dollara nisbətən 50 qəpik, avroya görə isə 52 qəpik artıb.
Rubl OPEK və Rusiyanın  anlaşmasından sonra yenə  ucuzlaşdı

Dollara nisbətdə 80-ə qalxıb sonra geri sayım edən rublun yenə sabitliyi pozuldu... Hər toplanti və bıyanatdan sonra sağa-sola yürgələnməyə başlayan rubl yenicə özünü tarazlamağa başlamışdı. Moskva satış birjaları belə Rusiya-OPEK görüşündə rublun taleyinə ümidlə baxırdılar. Lakin...

Neft və rubl OPEK ilə Rusiyai arasındadkı anlaşma xəbərlərindən sonra ucuzlaşdı. Brent markalı neft 34 dollara, onun ardınca rubl da ucuzlaşıb. Bu onunla izah edilir ki, OPEK ilə Rusiya arasındakı görüşün yekunu bazarın gğzlədiyi nəticəni verməyib.
Pessimist olmayan  Qrefin "optimist" proqnozu: Neft 25 dollar olursa, dollar 80 rubl olacaq
German Qref neftin bir barreli 25 dollara düşdüyü təqdirdə dolların kursu 80 rubla qalxacağı proqnozunu verib. Bununla bərabər Sberbankın başçısı neftin bu qədər ucuzlaşacağına ehtimal vermədiyini də qeyd edib.

"Şərti olaraq desək, biz 30 (bir barreli neft dollarla ) olanda rublun kursunu 75,76, 77 (dollara nisbətdə) gördük, 25 olarsa da, 80 və ya 80-nin bir neçə qəpik üstündə olacağını görəcəyik. Lakin bunun daha irəli gedəcyini sanmaq o qədər də inandırıcı deyil" -deyə Qref jurnalistlərə bildirib.
Dollar yenə dolub daşdı

Dolların rubla görə kursu Moskva birjalarında yanvarın 6-sı axşam saatlarında sərmayəçilər üçün psixoloji həddi aşaraq 75 rubla yüksəlib.

Bir neçə saat əvvəl kiçik fəqrlə enmə zolağına keçən avro da yenidən 80-nin üstündə dayanıb. Dollar və avronun belə ciddi artımının səbəbi neftin barrelinin 35 dollardan aşağı düşməsi ilə əlaqədardır. Qara qızılın 10 ildən çoxdur ki, belə ucuzlaşdırğı olmamışdı.

Xatırladaq ki, Mərkəzi Bank bütün tətil ərzində - yanvarın 11-nə kimi valyutanın kursunu bu həddə bağlamışdı: dollar 72,93 rubl, avro isə 79,64 rubl təşkil edir.

/Yenises.ru/
Həyat dollara xoş, yenə yüksəkdən uçur- 73 rubl
Rusiya Mərkəzi Bankı dollar və avronun rəsmi kursunu yüksəldib. Avronun qiyməti 79,69 rubla, dolların kursu isə 72,88 rubla qalxıb.

Rublun birjadakı kursu digər iki valyutaya nisbətən ucuzlaşmaqda davam edir. Nəticədə dollar ötən ilin dekabrın ortalarındakı göstəricisini aşaraq 73, avro isə 80 rublluq şkalaya çatıb.
Visa və  MasterCard Rusiyanın 6 bankında işləmir
Visa və MasterCard kartları Rusiyanın altı bankında əməliyyat xidməti dayandırılıb. Bu haqda "Vedomosti" qəzeti bankirlərdən aldığı məlumata görə xəbər yayıb.
Dollar yenə "havalanıb" 67 rubldan yuxarı qalxdı
Moskva birjasında dolların kursü 67 rublu keçib. Bu sentyabrın 16-dan sonra ilk yüksək göstəricidir. Dekabrın 1-nə görə 50,3 qəpik bahalaşaraq maksimum-67,113 rubl həddinə çatlb. Eyni zamanda avro da 41,8 qəpik bahalaşaraq iki həftə içərisində ilk dəfə 71 rubbluk şkalanı keçərək 71,298 rub olub.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru