Iran Google axtarış sisteminə alternativ yaratmaq fikrindədir


Iran Google axtarış sisteminə alternativ yaratmaq fikrindədir
İran höküməti Google və Gmail-a alternativ olaraq özlərinə məxsus axtarış və elektron poçt xidməti yaratmaq fikrindədir.

Milli axtarış sistemi və elektron poçt xidməti yaradılması planı haqqında telekommunikasiya nazirinin müavini Əli Hakim Cavadi məlumat verib. Onun sözırinə görə Tehran İnternet-xidmətinin yaxın günlərdə istifadəyə buraxılacağına ümid edir. Bu haqda “İnterfaks”-ın xəbərində bildirilir.

Tehran İntranet (daxili şəbəkə) yaratmaq planı haqqında bir neçə ilə əvvəl elan etmişdi, lakin o zaman ekspertlər texniki çətinliyi nəzərə alaraq və bahalı layihə olduğundan buna skeptikcəsinə yanaşmışdılar.

İran höküməti Qərbin cəmiyyətə təsirini məhdudlaşdırmaqdan ötrü çoxdan özunun xüsusi “təmiz” İnternet versiyasını yaratmağı planlaşdırır. Xəbər verildiyi kimi daxili şəbəkə İnternete qoşulmur, İran hökümətinə bu nüvə proqramının elektron məlumatlarını qorumaq üçün lazımdır. Hansı ki, İsrail və ABŞ tərəfindən davamlı olaraq kiber hücumlara məruz qalır.

İnrtanet yaratmaq planı Qərb ölkələrini və Hüquqi təşkilatları narahat edib. Bu hökümətin vətndaşalrının azad informasiya girişini məhdudlaşdımaq cəhdindən xəbər verir. Youtube, Facebook kimi tanınmış saytlar İslam Respublikasında bağlanıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir