İrana terror hücumu- ölənlər, yaralananlar və girovlar var



İrana  terror hücumu- ölənlər,  yaralananlar və girovlar var

Bu gün -iyunun 7-də səhər İranın dövlət obyetklərinə silahlı hücum olub. Yaraqlılar İran parlamenti və İmam Xomeyni movzoleyində partlayiş törədiblər.

Parlamentə və movzoleyə hücum səhər təxminən saat 9:00 radələrində baş verib. Cianyətkarlar parlament binasına daxil olub, mühafizəçilərə atəş açıblar.

Onların ber neçə nəfəri öldürdüyü və parlamnet binasının daxilində barrikada qurduqları bildirilib.
İrana  terror hücumu- ölənlər,  yaralananlar və girovlar var
Parlament binasına hücum nəticəsində 30-ya yaxın yaralının olduğu deyilir. Yaralananlar içərisində İslam inqilabı müdafiəçiləri korpusunun döyüşçüləri və öz regionunun deputatlaır ilə görüşə gələn sadə insanlar da var.

İran paytaxtına terror hücümü zamanı yaraqlılardan biri özünü partladıb. Daha bir partlayıcı qurğu polislər tərəfindən təhlükısiz hala gətirilib.
İrana  terror hücumu- ölənlər,  yaralananlar və girovlar var
Tehranda baş verən terror akti ilə əlaqədər Milli Təhlükəszilik Şuarsının təcili iclası çağırılıb.

Bəzi məlumatlara görə hücumda qadın da iştirak edib və onu tutublar.

Əvvəl bir, sonradan yeddi adamın öldüyü haqda məlumat verilir. Daha 4 nəfərin hələ də terrorçuların əlində girov olduğu da verilən xəbərlər sırasındadır. Bu arada İran rəsmiləri KİV-in yaydığı İmam Xomeyni movzoleyinə hücum xəbərini təkzib edib.

İran paytaxtında baş verən terror hadisəsini İŞİD öz üzərinə götürüb. Tehranda gərginlik davam edir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir