İranın vitse- prezidenti “Müsəlman günahsızlığı” filminin yaradıcılarını hədələdi


İranın  vitse- prezidenti “Müsəlman günahsızlığı”   filminin yaradıcılarını hədələdi
Reuters agentliyin İran mediasına istinadən verdiyi məlumata görə İran höküməti Məhəmməd peyğəmbərə ironiya ilə yanşan həvəskar filmin yaradıcılarını təqib edəcək.

“İslam Respublikası olan İran höküməti bu qəbuledilməz və təhqiredici jesti müzakirə edir. Biz axtaracaq, izinə düşüb təqib edərək dünyadakı milyard yarım müsəlmanı təhqir etməkdə günahkar olan adamı qanuni şəkildə məhkəməyə cəlb edəcik”-deyə respublikanın vitse-prezidenti Məhəmməd Reza Rahimi bildirib.

“Müsəlman günahsızlığı” filminin yaradıcılarının kimliyi məlum deyil. Filmdən qısa bir hissə hələ internetdə Youtube saytında Sem Basilya adı altında iyul ayında yayımlanmışdı. Lakin informasiya mənbələri bu adın gerçək olmadığını təsdiq edirlər.
Bundan əvvəl də İran “Müsəlman günahsızlığı” filminin Kaliforniyada çəkilməsinə görə ABŞ-ın üzr istəməsini tələb etmişdi.

Video müsəlman ölkələrində böyük etiraz dalğası doğurub, bir çox yerlərdə ABŞ səfirliklırini hücum və diplomatik korpusun nümayəndələrinə xəsarət yetirməklə davam edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir